(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
AFFA milyonlar xərcləyir, işbazlar öz payını götürür, milli komandalar rəzil olur – bəlkə ayılaq?

AFFA milyonlar xərcləyir, işbazlar öz payını götürür, milli komandalar rəzil olur – bəlkə ayılaq?

Əsas milli: Nikola Yurçeviç – 1 milyon avro
U-21: Milan Obradoviç – 400 min avro
U-15 və U-16: Miloş Velebit – 350 min avro
 
Bu siyahı milli komandalarımıza bu il baş məşqçi təyin olunan əcnəbilərin siyahısı və onların illik maaş siyahısıdı. AFFA 3 çalışdırıcıya 1,75 milyon avro, yəni təqribən 3,5 milyon manat maaş verir. Bu isə assosiasiyanın ümumi büdcəsinin 12 faizi deməkdi. Bunun üzərinə onların mənzillə təmin olunması, qidalanması, müxtəlif nəqliyyat və s. xərclərini də gəlsək, rəqəmlər xeyli böyüyür.
 
Aşağı yaş qruplarında baş məşqçilər indiyədək 3-5 min manat aralığında aylıq maaş alıb. Yaşar Vahabzadə, Təbriz Həsənov, Rəşad Sadıqov və başqalarının orta aylıq əmək haqqı 4 min manatdan hesablanıb. Obradoviç bundan 20 qat artığını ələ keçirir. Məntiqlə Vahabzadənin vaxtında komanda minimum 1 xal qazanırdısa, deməli, Milan bunun 20 qat artığına nail olmalıdı. Onun rəhbərlik etdiyi komanda isə dünən Lixtenşteynə tarixindəki ilk qələbəni yaşatmaqla bacarığını göstərdi.
 
Yurçeviçin yetirmələrinin də hələ xala həsrət qaldığını nəzərə alsaq, AFFA-nın əcnəbi sevgisinin səbəblərini bilmək istərdik. Onsuz da ölkə futbolunun kadr potensialını, durumunu bilə-bilə AFFA-nın büdcəsini dağıtmaq vətənə xəyanətdi. Sıradan topqovanlarla böyük futbol oynamaq mümkün deyil. Ondansa uşaq futboluna, akademiyalara əcnəbilər gətirilsəydi, bünövrəni sağlam qoymaq üçün nələrsə edilsəydi, daha məntiqli olardı.
 
Amma iş ondadı ki, AFFA-ya milli komandanın nəticələri, uğurlu çıxışı yox, öz qazanclarının miqdarı önəmlidi. Yuxarıda adını çəkdiyimiz məşqçilərə sərf olunan pulun 10 faizi qədər, yəni 175 min avro kimlərinsə cibinə gedib. Məşqçilərlə anlaşmanın reallaşması üçün danışıqları aparan menecerlər bu qədər komisiyon haqqı alıb.
 
Və həmin adam da başqası deyil. AFFA-da bu işlər monopoliyadadı. Baş katib Elxan Məmmədovun şəxsi dəllalı, “Sumqayıt”ın prezidenti Riad Rəfiyevdən başqa kimsə bu bazara girə bilməz. O isə 2-3 ay ərzində qazandığı bu pulu hamisi ilə bölüşmək məcburiyyətindədi.
 
Hər hansı qanun pozuntusu yoxdu. Bütün dünyada menecer haqqı ödənilir. Fərq ondadı ki, Azərbaycanda bunu yalnız bir nəfər edə bilər və Rəfiyevin sahibi olduğu “3R” şirkəti də bunun üçün yaradılıb. Büdcədən gedən böyük pullar bu yolla təmizlənir, kimlərisə varlandırır. Milli komandanın nəticələri, şərəf və ya rüsvayçılıq – onların vecinə də deyil, təki cibləri dolsun. Uğursuzluq özü də bu insanların xeyrinədi, kimsə qovulacaq, yerinə başqasını tapacaqlar və yenə faizlərini qazanacaqlar.
 
Bu insanların həyat prinsipi budur. İldə bir-iki dəfə belə bazarlıq edir, həyatlarını qururlar, Azərbaycan futbolu isə uçuruma yuvarlanmaqdadı. Ölkə rəhbərliyi, azarkeşlər aldadılır, min cür bəhanə ilə zaman ötüşdürürlər. Ayılsaydılar pis olmazdı…
 
FƏRİD
 
P.S.: Hələ əcnəbilərin siyahısına Bernard Lipperti də salmalıyıq. 10 ildi AFFA-da heç bir iş görmədən vəzifə tutan texniki direktor aylıq 30 min avro maaşla çoxdan milyonçu olub.
P.P.S.: Hesablayın, cənablar, hesablayın…

 
tarix: 07-06-2019 12:52


 
Xəbər lenti
20.08.2019
19.08.2019

23:24  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

23:03  Mövsümün ilk heç-heçəsi - VİDEO

22:50  Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

22:14  Elşad Əhmədov: “Avropa Liqasına vəsiqə qazanmaq istəyirik”

21:56  “Sabah”la “Neftçi” heç-heçə ilə başladı

21:36  Daliç: “Onların Azərbaycanla matçda ümidləri doğruldacaqlarını gözləyirəm”

21:03  “Forza Neftçi” istefa şüarlarına dəstək vermədi

19:34  Susan, gözdən salınan Orxan Məmmədov

19:30  Birinci Divizionda ilk turun hakim təyinatları

19:12  FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

18:48  “Qarabağ”la oyunun çəkisi daha yüksəkdi”

18:10  Soldado La Liqanın tarixinə düşdü

17:37  PSJ 55 illik rekordu təkrarladı

17:08  “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu

16:40  PSJ belə uduzdu - VİDEO

16:04  Premyer Liqada kuryoz hadisə: Hakim tıxaca düşdü, əvəzində…

15:41  Startda 5 debüt

15:24  Xorvatiyanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

15:03  UEFA Bakıya 70 nəfərlik nümayəndə göndərdi

14:44  “Real”ın sabiq üzvü istefaya göndərildi

14:14  “Neftçi” - “Sabah” matçı 1 manata

13:57  “Qəbələ”dən “Sumqayıt”a

13:14  Əsgərova 73 dəqiqə bəs etmədi

12:56  “Bavariya” Koutinyonu təqdim etdi – RƏSMİ

12:33  Dadaşovun komandası yenə uduzdu

12:19  Messi sağaldı

11:55  “Sabah”ın yeni mövsüm üçün formaları - VİDEO

11:40  Millimizin meneceri Avroliqa matçına təyinat aldı

11:29  “Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

10:39  Balotelli nəhs rəqəmə görə təqdim edilmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az