(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Nikola Yurçeviç: “Müdafiədə oturmayacağıq”

Nikola Yurçeviç: “Müdafiədə oturmayacağıq”

AÇ-2020-nin seçmə mərhələsində Macarıstan yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis sabah keçiriləcək oyunla bağlı bunları deyib:

- Artıq 3 həftədi komanda ilə birlikdəyik. Hər şeydən razıyam. Zədəli oyunçumuzun olmaması sevindirici haldı. Riçard Almeydanın dünən kiçik zədəsi var idi. Ancaq hazırda yaxşıdı. Bircə, Eddi İsrafilov zədə səbəbindən bizimlə birgə deyil. Rəqib güclü komandadı. Macarıstan yığmasının oyunlarını təhlil etmişik. Sabahkı oyunla bağlı optimistəm. 

- Sabah qapıda Səlahət Ağayevin olacağını demisiz. Nə üçün Emil Balayevi yox, onu seçdiz? 
- Bu sualın cavabını vermək çox asandı. Hər iki qapıçı yaxşı səviyyədədi. Ancaq Səlahət milli ilə əvvəlki oyunlarda da özünü yaxşı göstərib. 

- Dünən Azərbaycanın U-21 millisinin Lixtenşteynə məğlub olması sizə necə təsir etdi? 
- Bu, bizim oyunumuza təsir etməyəcək. Bir az ağır məğlubiyyət oldu. Ancaq komanda yaxşı oynadı. Məncə, 21 yaşadək futbolçulardan ibarət milli komanda yaxşı oyun sərgiləyir. 

- Macarıstan millisi ilk dəqiqələrdən təzyiq göstərəcək. Oyunun əvvəlində qol vursalar, hesabı dəyişə biləcəksizmi? 
- Hər şey mümkündü. Pis fikirləşmək istəmirik. Yaxşı düşünməliyik. Yaxşı hazırlaşmışıq, oyunçular da oyuna yaxşı köklənib, yaxşı nəticə almaq üçün əlimizdən gələni edəcəyik. 

- Xorvatiya ilə görüşdə milli komanda yaxşı təsir bağışlamışdı. Macarıstanla görüşdə hər kəs qələbə gözləyir. Bu, oyunçuların və sizin üzərinizdə təzyiqlər yaratmır ki? 
- Fərqli oyun olacağının fərqindəyik. Xorvatiya ilə oyundan razı qalmışdıq. Komanda şəklində yaxşı mübarizə aparmışdıq. Macarıstanla oyunu evdə keçirəcəyik. Çalışacağıq ki, yaxşı çıxış edək. Komandanın daha çox şans yaradacağını gözləyirəm. 

- Sabahkı oyunun heyətini açıqlaya bilərsizmi? 
- Sabah kimin oynayacağını deyə bilmərəm. Ancaq Xorvatiya ilə heyətdəki 8-9 futbolçu yenə əsas heyətdə olacaq. 

- Milan Obradoviç "məğlub olsaq da, düzgün yoldayıq" deyib. Sizcə, məğlubiyyət düzgün yoldurmu? 
- Məğlubiyyət düzgün yol deyil. Ancaq Obradoviçin şərhi ilə bağlı bir şey demək istəmirəm. Bəlkə də, başqa şey demək istəyirdi. 

- Macarıstan bura 3 xal üçün gəlib. Buna qarşı nədənsə istifadə edəcəksizmi? 
- Macarıstan yaxşı komandadı. Yaxşı futbolçuları var. Oyunda müdafiə və hücumda balansı qorumağa çalışacağıq. Kompakt oynamağa çalışacağıq. Müdafiədə oturmayacağıq. Müdafiə baxımından Xorvatiya ilə oyundakı kimi olmaq istəyirik. (komanda.az)


 
tarix: 07-06-2019 18:28


 
Xəbər lenti
25.08.2019

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az