(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Bordin Azərbaycan millisi haqda mənə çox məlumat vermədi, yəqin işindən ehtiyat edir”

“Bordin Azərbaycan millisi haqda mənə çox məlumat vermədi, yəqin işindən ehtiyat edir”

Futbol üzrə Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaqları oyun öncəsi təşkil olunan mətbuat konfransına qatılıb.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis Bakıda jurnalistlərin suallarını cavablandırıb:

- Adətən burda məğlub olan komandaların baş məşqçisi məsafənin uzaq olmasından, hava şəraitindən şikayətlənir. Siz də mümkün məğlubiyyətdən sonra bu fikirdə olacaqsız?
- Bütün həyatımda, istər futbolçu kimi, istərsə də baş məşqçi kimi həmişə qələbəyə inanmışam. Məğlubiyyət olsa, tək səbəbkar özüm olacam.

- Xorvatiyanı məğlub etdikdən sonra Azərbaycanla oyunun əsas favoriti sayılırsız. Bu, futbolçulara necə təsir edir?
- Kağız üzərində biz favoritik. Ancaq meydanda bəzən çox şey fərqli olur. Qalib gəlmək üçün yüksək səviyyədə çıxış etməliyik. Azərbaycan haqda kifayər qədər məlumat almışıq. Onlara yuxarıdan aşağı baxmırıq, belə bir fikrimiz ola da bilməz.

- Son illərdə Macarıstan Avropa çempionatlarında final mərhələlərində yoxdur. Bu il yaxşı başladız, şanslarınız necədir?
- Macarıstan millisi 2016-cı ildə Avropa çempionatının əsas mərhələsində iştirak edib. Azərbaycandakı kimi, Macarıstanda da AÇ-2020-nin oyunları olacaq. Qrupun əsas favoriti Xorvatiyadır. Sonra Uels və Slovakiya gəlir. Əsas hədəfimiz əvvəlcə sabahkı oyunda qələbə qazanmaqdır, sonra da Uelsi məğlub etmək. Oyuna ciddi yanaşmalıyıq. 

- Sabahkı start heyət, Xorvatiya ilə matçdakı heyətlə eyni olacaqmı? 
- Heyətin bütünlüklə eyni olması mümkün deyil. Az-çox eyni futbolçular olacaq. 

- Roberto Bordin burda çalışır, onunla danışmısızmı? 
- Bəli, onunla dostuq. Danışdıq, ancaq çox məlumat vermədi. Hər halda işindən ehtiyat edir. 

- Uzun müddətdir ki, komanda səfərdə qələbə qazanmır. Sabahkı qələbə nə dərəcə vacibdir? 
- Bunun cavabını bilsəydim, əvvəlki oyunda qələbə qazanardıq. Bütün oyunlara ciddi hazırlaşırıq. Ev oyunlarında daha uğurluyuq. Xorvatiya ilə matçda inanılmaz atmosfer var idi. (komanda.az)


 
tarix: 07-06-2019 19:52


 
Xəbər lenti
25.08.2019

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az