(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
7500 bilet satılsa da...

7500 bilet satılsa da...

Bu gün Avro-2020-nin seçmə mərhələsinin E qrupunda "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Macarıstan matçına 7500-dən çox bilet satılıb. Bu barədə "Report"a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
 
O bildirib ki, bu, iyunun 7-də axşam saatlarına olan göstəricidir.
 
Azərbaycan - Macarıstan matçı bu gün saat 20:00-da başlayacaq. "Bakcell Arena" 11 min azarkeş tutumuna malikdir. Satılan biletlərin sayı dəqiqdisə, milli komandamıza dəstək normal olmalıdı. Amma iş ondadı ki, bu biletlər heç də satılmayıb, əksəri sadəcə, fan-klublara və bəzi qurumlara paylanıb. Ona görə də tribunalarda boş yerlərin olması ehtimalı çoxdu.

 
tarix: 08-06-2019 12:34


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az