(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Oyuna çıxmaqdan imtina edən millinin baş məşqçisi qovuldu

Oyuna çıxmaqdan imtina edən millinin baş məşqçisi qovuldu

Futbol üzrə Monteneqro yığmasının baş məşqçisi Lyubişa Tumbakoviç istefaya göndərilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Monteneqro Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

İstefaya onun ötən gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Kosovo ilə ev oyununa çıxmaqdan imtinası səbəb olub. 

Serbiyalı mütəxəssis siyasi məsələlərlə əlaqədar belə gözlənilməz addım atıb. Xüsusilə ölkəsindən gələn çoxsaylı təzyiqlər ona işi bahasına başa gəlib.

Monteneqro yığmasının şərəfini qoruyan serb əsilli futbolçular – Filip Stoykoviç və Mirko İvaniç də heyətdən uzaqlaşdırılıb.

Monteneqro Futbol Federasiyası baş verənlərlə bağlı yaydığı bəyanatda Tumbakoviçin matça çıxmamaq qərarını “xoş olmayan sürpriz” adlandırıb. Həmçinin, təcrübəli mütəxəssisin peşəkar davranmamaqda günahlandırılıb.

66 yaşlı məşqçi 2016-cı ilin yanvar ayından Monteneqro yığmasını çalışdırırdı. 

Monteneqro – Kosovo matçı 1:1 hesabıyla başa çatıb.

Əhalisinin 90 faizi albanlardan ibarət olan Kosovo, 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Avropa Birliyinin aparıcı ölkələri və ABŞ Kosovonun müstəqilliyini tanısa da, Çin, Rusiya və Avropa Birliyinin 5 ölkəsi bu ölkənin müstəqilliyini tanımır. Beynəlxalq futbol federasiyaları da bu ölkənin müstəqilliyini qəbul edib. Amma Kosovo və Serbiya yığmaları rəsmi turnirlərdə fərqli qruplarda yer alır.


 
tarix: 08-06-2019 18:00


 
Xəbər lenti
18.06.2019

09:00   12 ilin güzgüsü: 1 həftədə 9 oyuna 1 qələbə

00:05   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

17.06.2019

21:17  “Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

20:34  “Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi

19:55  “Neftçili Yay” futbol düşərgəsi start götürdü

19:05  “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33  “Roma”nın əfsanəsi klubdan getdi

17:16  “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10  “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:35  İsayevə görə Rəfiyev danlandı

15:27  ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11  “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15  Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42  Milli komandada ciddi itki

13:14  ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45  Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17  Mahir “Qarabağ”dan gedir?

11:50  “Qarabağ”lı üçün 90 dəqiqə

11:25  Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00  Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32  Larsson yenidən baş məşqçi təyin olundu

10:00  Super Liqa klubunda baş məşqçi istefası

09:30  La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00  Turalla Vüqar oynadı, “Dauqavpils”...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az