(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Marko Rossi: “Azərbaycan millisi məni təəccübləndirə bilmədi”

Marko Rossi: “Azərbaycan millisi məni təəccübləndirə bilmədi”

Futbol üzrə Macarıstan yığma komandasının baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun arzuladığınız kimi alındı?
- Bəzi epizodlarda əziyyət çəkdik. Bu, daha çox birinci hissədə oldu. İkinci hissədə isə daha yaxşı çıxış etdik. Artıq növbəti oyun da beynimizdə canlanıb.

- David Holmanın oyununu bəyəndiz?
- Onun oyununu bəyənirəm. Daha aqressiv, daha effektiv olması lazımdı. Belə olduğu təqdirdə, daha fayfalı ola bilər.

- Oyunun sonunda nə baş verdi? Hakim nə üçün sizi texniki zonadan kənarlaşdırdı? 
- Oyun ərzində bəlkə də, cəmi 2 dəfə ərazini keçmişəm. Futbol bir neçə dəqiqə içərisində dəyişə bilər. Biz futbol oynayırıq. Hakimlər bunu nəzərə almalıdılar. Bu, çox emosional oyundu. Baş məşqçi də hər zaman təzyiq altındadı. 

- Azərbaycan millisi sizi nə iləsə təəccübləndirə bildi?
- Futbolçuların oyuna köklənməsi yaxşı idi. Bu oyunda Mahir Emreli və Dmitri Nazarovun təhlükəli oyununu gözləyirdik. Məni təəccübləndirə bilmədi, hər şey gözlədiyim kimi idi.

- Matçı izləyənlər arasında Macarıstanın baş naziri də vardı. Matçdan sonra onunla görüş oldu?
- Heç bir danışıq olmadı. Bizim federasiya rəhbərinin burda olduğunu bilirdim, baş nazirin oyunu izləməsindən xəbərim yox idi. (komanda.az)


 
tarix: 08-06-2019 22:36


 
Xəbər lenti
16.06.2019

10:45   Tocuz və Gəncə: bölgə fanatları da Elxan Məmmədovun yalanlarından bezib

10:30   Serb hücumçu Bundesliqa klubunda

09:31   Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24   Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

15.06.2019

23:29  Ukrayna dünya çempionu oldu

22:28  Millimizdən heç-heçə

22:11  “Səbail”dən daha 2 transfer - RƏSMİ

22:00  “Qəbələ” Polşa klubuna qalib gəldi, “Mançester Yunayted”ə uduzdu

21:31  “Neftçi”nin Türkiyə toplanışı başladı

21:05  “Qəbələ”dən növbəti transfer

19:30  “Qarabağ” “Səbail”ə qalib gəldi

19:00  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:31  Yunanıstan millisinin forvardı Super Liqa klubunda

18:00  “Qəbələ”dən ilk transfer - RƏSMİ

17:44  “Qəbələ” Türkiyədə Ukrayna klubu qarşılaşacaq

17:00  “Fənərbaxça”dan ilk transfer

15:21  İtaliya klubu baş məşqçiylə vidalaşdı

14:17  Baş məşqçisindən Ramil Şeydayevlə bağlı transfer açıqlaması

13:40  Ponomaryovla B planı

13:19  İtaliya klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

12:54  “Neftçi” Türkiyəyə getdi

12:04  Braziliya Amerika Kubokuna qələbə ilə başladı

11:58  Bezotosnı “Keşlə”yə keçmədi

11:52  “Səbail” “Zirə”nin daha bir “sabiq”ini istəyir

11:45  Tanışlarla güclənən “Neftçi”

10:55  Çeferin ingilisləri tənqid etdi: "Londonda Azərbaycanın iki komandası oynasaydı..."

10:24  Leonardo yenidən PSJ-də

10:12  La Liqada klubunu dəyişdi

10:00  “Udineze”dən Super Liqa klubuna

09:47  PSJ yetirməsini 15 milyon avroya satdı

09:32  Superkubok matçının vaxtı və yeri açıqlandı

09:00  “Portu”nun futbolçusu Super Liqa klubunda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az