(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Nikola Yurçeviçdən etiraf: “Səhv seçim etmişdik”

Nikola Yurçeviçdən etiraf: “Səhv seçim etmişdik”

“Macarıstanı təbrik edirəm. Azərkeşlərə isə gözəl dəstəyə görə minnətdaram. İlk 20 dəqiqədə həyəcanlı idik. Rəqib standart vəziyyətlərdə təhlükəli idi. Yaxşı mübarizə apardıq. Macarıstanı təhlil etdik. Ancaq ən vacib olanı nəticədir. Buna görə də üzgünük. İlk qolu standart vəziyyətdən buraxdıq. Rəqibin təhlükəli olduğunu bilirdik. Qol vurduqdan sonra 3-cü qolu tez buraxdıq. Bəxt amili də öz sözünü dedi. Düşünürəm ki, daha çoxuna layiq idik”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşçqisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Macarıstana 1:3 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

53 yaşlı mütəxəssis bildirib ki, komanda meydanda çox yaxşı idi: "Əsas fərq standart vəziyyətlər idi. Rəqib yaxşı pressinq edirdi. Bunu görə də irəliyə oynamaq çətin olurdu. Rahil Məmmədov həyəcanlı idi. Onu tənqid etmək istəmirəm. Mərkəz müdafiəçisi mövqeyində böyük rəqabətimiz yoxdur".

Xorvatiyalı məşqçi komandanın hücum xətti ilə bağlı da danışıb: "Düşünürəm ki, hücum xətti ilə bağlı səhv seçim etmişdik. Komanda olaraq yaxşı mübarizə apardığımızı deyə bilərəm".

Yurçeviç hər şeyin pozitiv olmadığını deyib: "Nəticəyə görə çox məyusam. Renat Dadaşov və Dmitri Nazarov fasilədən sonra yaxşı oynadı. İlk hissədə yaxşı deyildilər. Nazarov nəsə etməyə çalışırdı. Düşünürəm ki, dəyişikliklər də matçı canlandırdı. Oyunda müsbət məqamlar yoxdur. Bu günkü qarşılaşmanı unudub növbəti matçı fikirləşməliyik. İki gün ərzində Slovakiyaya qarşı oyunun heyətini müəyyənləşdirəcəyik".

Baş məşqçi Ramil Şeydayevi cinahda oynatması ilə bağlı isə bunları söyləyib: "Onunla danışmışdım. Şeydayev Rusiya çempionatında cinahda oynayıb. Onun cinahda oynatmaqla komandanı daha təhlükəli etmək istəyirik".

Xorvatiyalı mütəxəssis bildirib ki, futboldakı reytinq komandaların səviyyələrini göstərir: "Ancaq bu o demək deyil ki, biz əlimizi-qolumuzu sallamalıyıq. Mübarizə aparmaq lazımdır'.

Məşqçi komandanın AVRO-2020-dəki şanslarından da söz açıb: "Biz çalışırıq ki, ən yaxşısını edək. Xorvau ilə oyunda xal qazana bilərdik. Bu gün də məqsəd yaxşı nəticə idi. Amma alınmadı. Slovakiya ilə görüşdə yaxşı nəticə əldə edə bilsək, nəyəsə nail ola bilərik". (Report)


 
tarix: 08-06-2019 22:56


 
Xəbər lenti
24.08.2019

01:52   “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58   “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48   “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25   “Borussiya”dan inamlı qələbə

23.08.2019

23:38  “Beşiktaş”dan darmadağın

22:43  Nazarov üçün 63 dəqiqə və 1 xal

21:03  Təbriz klubu yeni mövsümə qələbə ilə başladı

20:33  Dabo “Neftçi” azarkeşlərindən üzr istədi

18:44  “Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı

18:22  “Neftçi”nin futbolçusu Haiti yığmasına çağırıldı

17:41  Ozan Can rəsmən “Sabah”da

17:33  “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27  Larsson istefa verdi

16:47  “Mançester Yunayted”də itki

16:00  Yığmamızın heyətində dəyişiklik

15:30  Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00  İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36  Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00  Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32  Fernando Torres vida matçına çıxır

13:06  “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53  “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00  “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39  Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17  "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08  "Səbail"in legioneri üçün il bitdi

11:03  Nazarov “Ştutqart”a meydan oxudu

10:54  Qonşumuz dəyişdi

10:32  “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00  Kompani istefaya göndərildi

09:30  “Liverpul”da yeni müqavilə

09:12  “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00  "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57  Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az