(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Qarayev danışmağa söz tapmır

Qarayev danışmağa söz tapmır

“Hansı komandaya qarşı oynadığımızı bilirdik. Macarıstan elə də sadə rəqib deyil. Ümidimiz var idi ki, bu oyunda yaxşı nəticə qazanacağıq, amma ilk dəqiqələrdən standart vəziyyətdən məğlub ayrıldıq. Bu da nəticədə rəqibin daha yaxşı oynamasına gətirib çıxardı. İkinci hissədə bir qol vurduq, fərqi azaltdıq, amma ondan artığına gücümüz çatmadı” - bunu Azərbaycan millisinin futbolçusu Qara Qarayev Macarıstana 1:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
 
- Meydanda həm lider çatışmırdı, həm də komanda ruhu yox idi sanki. Hər iki millidə çıxış etmisiniz deyə Rəşad Sadıqovlu milli komanda ilə hazırkı milli komanda arasında fərq görürsünüzmü?
- Düzdü, Rəşad Sadıqov milli komanda üçün həmişə vacib oyunçulardan biri olub. Bu gün o yoxdu, onun yerinə oynayan futbolçunun pis oynadığını düşünmürəm. Məncə, Maksim komandaya heç də pis liderlik etmir. Rəşad milli komandanı yaşına görə tərk etdi. Bu gün ruhsuz oynadığımızı deməzdim, çünki ilk hissədə hər şey bizim istədiyimiz kimi idi, sadəcə, qapımızda qol gördük. Bu, oyunun nəticəsinə təsir etdi.
 
- Macarıstandan xal ala bilərdinizmi, sizcə komandada nə çatmadı?
- Qol vurduqdan sonra ümid yaranmışdı, amma rəqibin futbolçularının ustalığı özünü göstərdi. Biz də meydana uduzmağa çıxmırıq, əlimizdən gələni edirik ki, yaxşı nəticə qazanaq, amma alınmır.
 
- Rəqibin ikinci qolu zamanı komandanın müdafiəsində nə baş verdi?
-  Yenə standart vəziyyətdən sonra rəqib fərqləndi. Müdafiənin önünə top atıldı, ikinci ötürmədən sonra qapımızda qol gördük. Yenə standart vəziyyətdən qol buraxdıq.
 
-  Artıq 3 gün sonra Slovakiya millisi ilə oyun var, həmin görüşə necə hazırlaşacaqsınız?
-  Bizim başqa yolumuz yoxdur. Hazırlaşıb növbəti matç üçün meydana çıxıb oynamalıyıq. Bu gün məğlub olduq deyə növbəti oyuna çıxıb oynamırıq deyə bir şey yoxdu. Əlbəttə, bu gün bu qədər azarkeş önündə meydandan məğlub ayrılmaq bizim üçün çətindir. Bir vətəndaş kimi mənim üçün, bütün komanda üçün ağırdır və bizə pis təsir edir.
 
-  Slovakiya ilə matçda xal qazanmaq realdırmı?
-  Bu, çox çətin qrupdu. Tək biz yox, hər kəs deyir, bu, bəhanə deyil. Qrupun favoriti biz deyilik. Biz ən axırıncı yer üçün vuruşuruq.
 
-  8 oyundan sonra 1 xal belə qazana bilməyəcəyinizdən qorxmursunuz ki?
-  Əlimizdən gələni edirik. Real danışmaq lazımdır, biz hər iki oyunda xal almağa yaxın olmuşuq. Hər iki matçda rəqib futbolçuların ustalıq səviyyəsi bizi xal qazanmaqdan məhrum edib. Ona görə danışılası heç nə yoxdur.
 
-  Sizcə, azarkeşlər bu gün məğlub oldunuz deyə, 3 gün sonrakı oyunda sizi tək qoyacaq?
-  Bu gün göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarıq. Uzun müddətdir ki, milli komandanın oyunlarında belə atmosfer olmurdu. Hər birinə təşəklür edirəm. Düzdür, biz onların dəstəyinə qarşılıq verə bilmədik, amma bu bayraq altında meydana çıxan hər kəs, bütün komanda onlarındır. Azarkeşlərə bir daha təşəkkürümü bildirirəm.

 
tarix: 09-06-2019 11:15


 
Xəbər lenti
20.08.2019

01:01   “Mançester Yunayted” də xal itirdi

19.08.2019

23:24  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

23:03  Mövsümün ilk heç-heçəsi - VİDEO

22:50  Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

22:14  Elşad Əhmədov: “Avropa Liqasına vəsiqə qazanmaq istəyirik”

21:56  “Sabah”la “Neftçi” heç-heçə ilə başladı

21:36  Daliç: “Onların Azərbaycanla matçda ümidləri doğruldacaqlarını gözləyirəm”

21:03  “Forza Neftçi” istefa şüarlarına dəstək vermədi

19:34  Susan, gözdən salınan Orxan Məmmədov

19:30  Birinci Divizionda ilk turun hakim təyinatları

19:12  FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

18:48  “Qarabağ”la oyunun çəkisi daha yüksəkdi”

18:10  Soldado La Liqanın tarixinə düşdü

17:37  PSJ 55 illik rekordu təkrarladı

17:08  “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu

16:40  PSJ belə uduzdu - VİDEO

16:04  Premyer Liqada kuryoz hadisə: Hakim tıxaca düşdü, əvəzində…

15:41  Startda 5 debüt

15:24  Xorvatiyanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

15:03  UEFA Bakıya 70 nəfərlik nümayəndə göndərdi

14:44  “Real”ın sabiq üzvü istefaya göndərildi

14:14  “Neftçi” - “Sabah” matçı 1 manata

13:57  “Qəbələ”dən “Sumqayıt”a

13:14  Əsgərova 73 dəqiqə bəs etmədi

12:56  “Bavariya” Koutinyonu təqdim etdi – RƏSMİ

12:33  Dadaşovun komandası yenə uduzdu

12:19  Messi sağaldı

11:55  “Sabah”ın yeni mövsüm üçün formaları - VİDEO

11:40  Millimizin meneceri Avroliqa matçına təyinat aldı

11:29  “Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

10:39  Balotelli nəhs rəqəmə görə təqdim edilmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az