(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
"Dua, qeyrət, ümid – meydanda bir ssenari idi"

"Dua, qeyrət, ümid – meydanda bir ssenari idi"

“Yaxşı nəticəyə ümidli idik. Komandamız həm ümid, həm də xoşbəxtlik vermək üçün buradadır. Bunu həyata keçirmək hamımızı qürurlandırır. Azarkeşlərimiz möhtəşəm idi. Belə atmosferdə oynamaq daha xoş olur" - bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin seçmə mərhələsində evdə Fransanı məğlub etdikləri (2:0) oyundan sonra mətbuat konfransında deyib.
 
Son dünya çempionları üzərində qələbəni şərh edən təcrübəli mütəxəssis komandasının ulduzların yer aldığı kollektivə qarşı inamlı və intizamlı oynadığını bildirib: "Rəqibimiz güclü olduğu üçün motivasiyamız yerində idi. Dünya ulduzlarının cəmləşdiyi bir komandanı udduq. Onların səviyyəsində deyilik. Biz sadəcə, matçı qazandıq. Hesab fərqli də ola bilərdi. Oyunun əvvəlindən sonuna qədər intizamlı oynadıq. Həyacanımız, coşğumuz normal idi. Keçmiş statistikalar artıq geridə qaldı. Bəli, bu rəqib uzun zamandır uduzmurdu, ancaq hamısı bitdi, bunlar sadəcə, söhbətlərdir. Üç xal qazandıq, liderik. İslandiyaya qalib gəlsək və ya heç-heçə etsək, yerimizi qoruyarıq”.
 
Günəş möhtəşəm azarkeş dəstəyinin sayəsində güclü rəqibə qalib gəldiklərini qeyd edib: "Dünyanın harasında olursa olsun, Türk insanın komanda ilə eyni hissdə olduğunu bilirəm. Dua, qeyrət, ümid – meydanda bir ssenari idi. Azarkeşlərin isti münasibəti, möhtəşəm dəstəyi çox köməyimiz oldu, rəqib təzyiq altına düşdü. Bu, hər zaman belədir. Türkün birləşərək bacarmadığı iş yoxdur. Bu işin idman prinsiplərindən başqa, mental tərəfi də var. İstədiyimiz oyunu göstərə bilsək, hər işi bacaracağımızı düşünürəm. Buna görə də Avropa çempionatına getməliyik. Dünya çempionatına da qatılmalıyıq. Hələ işin başlanğıcındayıq. Bu, bizim ortaq hədəfimiz, xəyalımızdır".
 
Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsində hər üç oyunda qalib gələn Türkiyə millisi 9 xalla qrup lideridir.

 
tarix: 09-06-2019 11:35


 
Xəbər lenti
16.06.2019

11:27   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

11:01   “Zirə” Bolunu seçdi

10:45   Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30   Serb hücumçu Bundesliqa klubunda

09:31   Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24   Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

15.06.2019

23:29  Ukrayna dünya çempionu oldu

22:28  Millimizdən heç-heçə

22:11  “Səbail”dən daha 2 transfer - RƏSMİ

22:00  “Qəbələ” Polşa klubuna qalib gəldi, “Mançester Yunayted”ə uduzdu

21:31  “Neftçi”nin Türkiyə toplanışı başladı

21:05  “Qəbələ”dən növbəti transfer

19:30  “Qarabağ” “Səbail”ə qalib gəldi

18:31  Yunanıstan millisinin forvardı Super Liqa klubunda

18:00  “Qəbələ”dən ilk transfer - RƏSMİ

17:44  “Qəbələ” Türkiyədə Ukrayna klubu qarşılaşacaq

17:00  “Fənərbaxça”dan ilk transfer

15:21  İtaliya klubu baş məşqçiylə vidalaşdı

14:17  Baş məşqçisindən Ramil Şeydayevlə bağlı transfer açıqlaması

13:40  Ponomaryovla B planı

13:19  İtaliya klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

12:54  “Neftçi” Türkiyəyə getdi

12:04  Braziliya Amerika Kubokuna qələbə ilə başladı

11:58  Bezotosnı “Keşlə”yə keçmədi

11:52  “Səbail” “Zirə”nin daha bir “sabiq”ini istəyir

11:45  Tanışlarla güclənən “Neftçi”

10:55  Çeferin ingilisləri tənqid etdi: "Londonda Azərbaycanın iki komandası oynasaydı..."

10:24  Leonardo yenidən PSJ-də

10:12  La Liqada klubunu dəyişdi

10:00  “Udineze”dən Super Liqa klubuna

09:47  PSJ yetirməsini 15 milyon avroya satdı

09:32  Superkubok matçının vaxtı və yeri açıqlandı

09:00  “Portu”nun futbolçusu Super Liqa klubunda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az