(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Millimiz Slovakiyaya biabırçı hesabla uduzdu

Millimiz Slovakiyaya biabırçı hesabla uduzdu

Bu gün futbol üzrə Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiya yığması ilə üz-üzə gəlib. Matçı şotlandiyalı Con Bitonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Bu, yığmamızın E qrupunda üçüncü matçı idi. Azərbaycan millisi ilk turda Zaqrebdə Xorvatiyaya (1:2), bir neçə gün öncə isə Bakıda Macarıstana (1:3) məğlub olmuşdu. 

Azərbaycan millisi tarix ərzində Slovakiya ilə 6 dəfə üz-üzə gəlmişdi. Bunların 5-də rəqib komanda qələbə qazanmışdısa, yığmamız 2011-ci ildə keçirilmiş dünya çempionatının seçmə mərhələ matçında Bakıda 2:0 hesablı qələbəyə imza atmışdı.

Bu oyunda isə millimiz biabırçı hesabla məğlub olub. 

Bu gün E qrupunun digər oyununda Macarıstan Uelsi qəbul edəcək. 

AÇ-2020-nin seçmə mərhələsi
E qrupu

11 iyun

Azərbaycan - Slovakiya 1:5
Qol: R.Şeydayev, 29 - S.Lobotka, 8. Y.Kuçka, 27. M.Hamşik, 30; 57. D.Hanko, 85.
Hakimlər: Con Biton, Alan Mulvanni, Şon Karr, Donald Robertson (hamısı Şotlandiya).
Bakı. 8-ci km stadionu.

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 14. Rəşad Eyubov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Dmitri Nazarov, 15. Namiq Ələsgərov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Məqsəd İsayev.
Baş məşqçi: Nikola Yurçeviç.
Slovakiya: 23. Martin Dubrovka, 2. Peter Pekarik, 3. Denis Vavro, 10. Albert Rusnak, 11. Robert Bojenik, 14. Martin Şkrinyar, 16. David Hanko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 1. Matuş Kozaçik, 12. Marek Rodak, 4. Branislav Ninay, 5. Lübomir Şatka, 6. Yan Qrequş, 7. Yaroslav Mihalik, 8. Andrey Duda, 9. Lukaş Haraslin, 13. Patrik Hroşovski, 15. Robert Mazan, 18. Pavol Şafranko, 21. Matuş Bero.
Baş məşqçi: Pavel Hapal.


 
tarix: 11-06-2019 21:49


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az