(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Roma” yeni baş məşqçisini rəsmən açıqladı

“Roma” yeni baş məşqçisini rəsmən açıqladı

İtaliyanın “Roma” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra portuqaliyalı mütəxəssis Paulo Fonseka çalışdıracaq. Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə müqavilə 2+1 şərti ilə bağlanıb.

Fonseka “Roma”da geridə qalan mövsümün sonunda klubdan ayrılan Klaudio Ranyerini əvəz edib. 46 yaşlı mütəxəssisin son iş yeri isə Donetsk “Şaxtyor”u olub. O, Ukrayna klubunu 2016-cı ildən çalışdırırdı və geridə qalan hər üç mövsümdə bu komandanı həm ölkə çempionu edib, həm də kubok qazandırıb. Fonseka daha öncə Portuqaliyada “Aves”, “Pasuş de Ferreyra”, “Portu” və “Braqa” kimi klublara baş məşqçilik edib. 


 
tarix: 11-06-2019 12:28


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az