(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Super Liqa klubunda 3 ayrılıq

Super Liqa klubunda 3 ayrılıq

Türkiyənin “Başakşəhər” klubu bu gün yeni baş məşqçisi Okan Burukla rəsmi müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, tərəflər 2 illik müqaviləyə imza atıblar. Okan Buruk baş məşqçi postunda “Beşiktaş”a gedən Abdulla Avcını əvəz edib.

Yeni baş məşqçinin təqdimat mərasimində klub prezidenti Göksel Gümüşdağ komandadan ayrılan futbolçuların adlarını da açıqlayıb. O, Emmanuel Adebayor, Sərdar Taşçı və Riad Bayiçin klubla müqaviləsinin sona çatdığını bəyan edib. Klub prezidenti bu oyunçularla yeni müqavilə imzalamaq istəmədiklərini söyləyib.

Adebayor 2017-ci ildən, Taşçı və Bayiç isə 2019-cu ilin yanvarından “Başakşəhər”də forma geyinirdi.


 
tarix: 11-06-2019 13:47


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az