(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Türkiyə klubunda rumıniyalı baş məşqçi

Türkiyə klubunda rumıniyalı baş məşqçi

Türkiyənin “Qazişəhər Qaziantep” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, geridə qalan mövsümün yekunlarına görə Super Liqaya vəsiqə qazanan klub, baş məşqçi postuna rumıniyalı Marius Şumudiçanı gətirib. Bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.

48 yaşlı məşqçi baş məşqçi postunda komandanı elitaya çıxaran və bir neçə gün öncə klub rəhbərliyinin yeni müqavilə imzlamaq istəmədiyi Mehmet Altıparmakı əvəz edib. Rumıniyalı mütəxəssis bu gün Türkiyəyə gələcək və rəsmi müqaviləyə imza atacaq.

Xatırladaq ki, Şumudiça 2017/18 mövsümündə Türkiyənin “Kayserispor” klubunun da baş məşqçisi olub. Onun sonuncu iş yeri isə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Şabab” olub.


 
tarix: 11-06-2019 14:11


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az