(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Çempionlar Liqasında yeni mövsümün ilk püşkü atıldı

Çempionlar Liqasında yeni mövsümün ilk püşkü atıldı

Futbol üzrə UEFA Çempionlar Liqasında yeni mövsümün ilk mərhələsinin püşkü atılıb.

Futbolinfo.az qurumun saytına istinadən xəbər verir ki, bu mərhələdə Andorra (“Santa Koloma”), Kosovo (“Feronikeli”), Cəbəllütariq (“Linkoln”) və San Marino (“Tre Penne”) çempionları mübarizə aparacaq. Mini turnirin qalibi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə vəsiqə qazanacaq.

Yarımfinal mərhələsinin oyunları iyunun 25-də, final matçı isə 28-də keçiriləcək. Turnirin bütün qarşılaşmaları Kosovonun paytaxtı Priştina şəhərindəki “Fadil Vokkri” stadionunda keçiriləcək.

Azərbaycanı bu mövsüm Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək.

UEFA Çempionlar Liqası
İlkin mərhələ, yarımfinal

25 iyun

Feronikeli (Kosovo) – Linkoln (Cəbəllütariq)
Tre Penne (San Marino) – Santa Koloma (Andorra)

Final

28 iyun

Feronikeli/Linkoln – Tre Penne/Santa Coloma


 
tarix: 11-06-2019 15:12


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az