(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Azarkeş, sənə 1 “5”!

Azarkeş, sənə 1 “5”!

Oyunu boş verin. Bu, illərin üst-üstə qalaqlanan problemlərinin partlamasıdı. Və heç kim bu duruma sevinməsin – gülünc duruma düşən bizik. İşbazlar yığdığını götürüb aradan çıxacaq və ya qovulacaq - Azərbaycan millisi isə bizimdi, əsl azərbaycanlıların.
 
Futbolçuları qınamayın,onların bacardığı budur. Onlar yalnız motivasiya, əzmkarlıq hesabına nəsə edə bilərdilər – bunun üçünsə yaxşı motivatorun olmalıdı, bir də onu tələb edən mühitdə yetişməlisən. Ramil Şeydayevə baxıb, müqayisənizi aparın. Adam 1:5 uduzan komandanın digər oyunçularından cəm halda yaxşı idi. Bilirsiz niyə? Çünki Rusiyada yetişib, orada da oynayır. Onu bizim məşqçilər hazırlamayıb, buradakı başıpozuqluğun qurbanı olmayıb, saf yetişib. Bu səbəbdən istedadı da yerindədi, fiziki gücü də, taktiki savadı da.
 
Nikola Yurçeviçi də qınamayın. Onu təqsirkar bilsəz, hədəfdən yayınarsız. Xorvat baş məşqçi əlindəki materiala uyğun futbol oynadır. Bizim futbol isə bundan ibarətdi. Bəlkə də bir az fərq yaratmaq, daha yaxşı oynamaq olardı. Lakin bu, heç nəyi dəyişməyəcəkdi, sistemimiz çürükdü. Yurçeviç pul qazanmağa gəlib, onun səviyyəsizliyini, milli komandaya layiq olmadığını bütün mətbuat yazırdı, amma AFFA öz bildiyini etdi. İndi buyurub, Nikolanı o posta layiq bilənlər cavab versin.
 
Amma AFFA rəhbərliyini qınayın. 10 ildən çoxdu futbol təsərrüfatını şümlayan, azarkeşlərin hissi üzərində öz biznesini quran bu adamların qovulmaq vaxtı çoxdan çatıb. Avro-2020-nin final mərhələsindən dəm vuran, özünü qorumaq üçün vəd verən bu adamların səriştəsizliyi üzündən milli komanda 3 oyuna xal toplamayıb. Klub futbolu bərbad, millilər xala həsrət, uşaq futbolu darmadağın, bölgələrdə ümumiyyətlə, heç nə yox, kütləvilikdən əsər-əlamət qalmayıb, azarkeşlər tribunalardan küsdürülüb.
 
Və yaxşı ki, azarkeşlər bunu görür. “Yuxarılar”ın görmədiyini və ya onlardan gizlədilənləri fanatlar bu gün istefa şüarları ilə yada saldı. Baş altına yastıq qoyanların, dövlət rəhbərliyi şirin vədlərlə aldadanların əməlləri ifşa olundu. Azarkeşlər stadiona getdi və bu rəhbərliyi istefaya səslədi. Doğrusu, fanatların bu qədər aşkar şəkildə fikirlərini izhar etməsi, narazılığını bildirməsi və dövlət tərəfindən qarşısının alınmaması ölkədə demokratiyanın, azad sözə imkan verilməsinin nümunəsidi. Fasilədə azarkeşləri darmadağın edən, onları bölmələrə göndərtdirən, şüar söyləyənlərin sayını azaldan isə bəzi məmurlardı. AFFA rəhbərləri öz kanalları vasitəsi ilə dövlətə də qarşı çıxdı və bunu etdilər. Beləliklə, həm də xalqı dövlətlə üz-üzə qoydular – öpncə səriştəsizlikləri, ardınca da qoluzorluluqları ilə.
 
Fuad Musayevin dönəmindən bu yana azarkeşlər belə etiraz etməmişdi. Artıq bıçağın sümüyə dirəndiyi bəlli oldu. Azarkeşin səsini kəsmək, tribunadan qovmaq yox, onların qidası olan gözəl futbolu vermək lazımdı. Onu isə indiki AFFA verə bilməz. Azarkeş, sənə 1 “5”!
 
AĞA

 
tarix: 11-06-2019 22:48


 
Xəbər lenti
20.08.2019
19.08.2019

23:24  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

23:03  Mövsümün ilk heç-heçəsi - VİDEO

22:50  Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

22:14  Elşad Əhmədov: “Avropa Liqasına vəsiqə qazanmaq istəyirik”

21:56  “Sabah”la “Neftçi” heç-heçə ilə başladı

21:36  Daliç: “Onların Azərbaycanla matçda ümidləri doğruldacaqlarını gözləyirəm”

21:03  “Forza Neftçi” istefa şüarlarına dəstək vermədi

19:34  Susan, gözdən salınan Orxan Məmmədov

19:30  Birinci Divizionda ilk turun hakim təyinatları

19:12  FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

18:48  “Qarabağ”la oyunun çəkisi daha yüksəkdi”

18:10  Soldado La Liqanın tarixinə düşdü

17:37  PSJ 55 illik rekordu təkrarladı

17:08  “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu

16:40  PSJ belə uduzdu - VİDEO

16:04  Premyer Liqada kuryoz hadisə: Hakim tıxaca düşdü, əvəzində…

15:41  Startda 5 debüt

15:24  Xorvatiyanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

15:03  UEFA Bakıya 70 nəfərlik nümayəndə göndərdi

14:44  “Real”ın sabiq üzvü istefaya göndərildi

14:14  “Neftçi” - “Sabah” matçı 1 manata

13:57  “Qəbələ”dən “Sumqayıt”a

13:14  Əsgərova 73 dəqiqə bəs etmədi

12:56  “Bavariya” Koutinyonu təqdim etdi – RƏSMİ

12:33  Dadaşovun komandası yenə uduzdu

12:19  Messi sağaldı

11:55  “Sabah”ın yeni mövsüm üçün formaları - VİDEO

11:40  Millimizin meneceri Avroliqa matçına təyinat aldı

11:29  “Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

10:39  Balotelli nəhs rəqəmə görə təqdim edilmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az