(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Yurçeviç: “Utancverici məğlubiyyətdi”

Yurçeviç: “Utancverici məğlubiyyətdi”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına qarşı keçirilmiş oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 1:5 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Bu hesabdan sonra nəsə demək çətindi. İlk növbədə Slovakiya millisini təbrik edirəm. Oyuna yaxşı başladıq, bəzi epizodlarda topa sahib olduq. Rəqib ilk hücumda qol vurdu. Şanslarımız oldu, hesabı 2:3 edə bilərdik. Çox pis nəticə əldə etdik. Slovakiyanın yüksək səviyyəli futbolçuları var. Lobotkanın transfer dəyəri 25 milyon avrodu. Bizim komandadakı futbolçuların ümumi dəyəri ondan aşağıdı.

- Baş məşqçi olaraq əvəzetmələrin gecikdiyini düşünmürsüzmü?
- 1:5 hesabından sonra hər şeyi müzakirə edə bilərik. Böyük məğlubiyyətdi. 55-60-cı dəqiqələrdən sonra əvəzetmələr etməyi düşünürdüm.

- Bu gün millinin heyətində təkcə Ramil Şeydayev mübarizə aparırdı. Məğlub komandada yalnız bir futbolçu sarı vərəqə alırsa, hansı mübarizədən söhbət gedə bilər?
- Düşünmürəm ki, tək mübarizə aparan Ramil idi. Ancaq 60-cı dəqiqədən sonra komanda fiziki və psixoloji cəhətdən “düşmüşdü”. 

- 5-ci qolda hansı hissləri keçirdiz və azarkeşlərdən üzr istəmək kimi bir fikriniz varmı?
- Əlbəttə, mənim üçün böyük şok oldu. Həm mənim, həm də komanda üçün. Bu məğlubiyyətə görə azarkeşlərdən üzr istəməliyik.

- “Slovakiyada bir futbolçunun qiyməti 25 milyondu” deyirsiz. Bir neçə gün əvvəl Türkiyə millisi Fransanı məğlub etdi. Tək Kilian Mbappenin qiyməti Türkiyə milli komandasının dəyərindən çoxdu. Ancaq türklər qələbə qazandı. Meydanda dollar və ya avro futbol oynamır. Sonuncu dəfə Azərbaycan millisi öz meydanında Serbiyaya 1:6 hesabıyla məğlub olub. Bu gün meydanda futbol yox idi. 1:5 hesabına görə xəcalət çəkirsizmi?
- Utancverici məğlubiyyətdi. Slovakiyanın futbolçuları aparıcı klublarda çıxış edir. Millətlər Liqasında Azərbaycan millisi Qurban Qurbanov kimi böyük bir baş məşqçiylə Malta, Kosovo, Farer adaları kimi komandalara qarşı çətinlik çəkmişdi. Bizim qrupumuz çətindi və çalışmalıyıq ki, yaxşı mübarizə aparaq.

- Bu oyunu bir baş məşqçi yox, azarkeş kimi dəyərləndirərdiz... 
- Əvvəldə dedim. Mənim üçün böyük şok oldu. Bu məğlubiyyətdən sonra insan pis hisslər keçirir. Futbolda böyük rəqiblərə qarşı oynamaq çətindi. Futbol situasiyaların oyunudu. Bir dəfə sağa və ya sola verilmiş qərar, çox şeyi dəyişir. Hesab 2:3 olsaydı, bəlkə başqa olardı. 

- Xorvatiyaya 1:2, Macarıstana 1:3, bu oyunu 1:4 gözləsəm də, 1:5 oldu. Növbəti oyunda hesab 1:6 olarmı?
- Daha yaxşı olacağımıza və belə böyük hesabla uduzmayacağımıza inanıram.

- 3 oyuna 10 qol buraxan milli komandanın düzəlmək üçün nə qədər vaxta ehtiyacı var?
- Bu məğlubiyyətdən sonra bu suala cavab vermək çətindi. Ancaq inanıram ki, komanda daha yaxşı çıxış edə bilər. (komanda.az)


 
tarix: 11-06-2019 22:50


 
Xəbər lenti
20.08.2019
19.08.2019

23:24  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

23:03  Mövsümün ilk heç-heçəsi - VİDEO

22:50  Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

22:14  Elşad Əhmədov: “Avropa Liqasına vəsiqə qazanmaq istəyirik”

21:56  “Sabah”la “Neftçi” heç-heçə ilə başladı

21:36  Daliç: “Onların Azərbaycanla matçda ümidləri doğruldacaqlarını gözləyirəm”

21:03  “Forza Neftçi” istefa şüarlarına dəstək vermədi

19:34  Susan, gözdən salınan Orxan Məmmədov

19:30  Birinci Divizionda ilk turun hakim təyinatları

19:12  FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

18:48  “Qarabağ”la oyunun çəkisi daha yüksəkdi”

18:10  Soldado La Liqanın tarixinə düşdü

17:37  PSJ 55 illik rekordu təkrarladı

17:08  “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu

16:40  PSJ belə uduzdu - VİDEO

16:04  Premyer Liqada kuryoz hadisə: Hakim tıxaca düşdü, əvəzində…

15:41  Startda 5 debüt

15:24  Xorvatiyanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

15:03  UEFA Bakıya 70 nəfərlik nümayəndə göndərdi

14:44  “Real”ın sabiq üzvü istefaya göndərildi

14:14  “Neftçi” - “Sabah” matçı 1 manata

13:57  “Qəbələ”dən “Sumqayıt”a

13:14  Əsgərova 73 dəqiqə bəs etmədi

12:56  “Bavariya” Koutinyonu təqdim etdi – RƏSMİ

12:33  Dadaşovun komandası yenə uduzdu

12:19  Messi sağaldı

11:55  “Sabah”ın yeni mövsüm üçün formaları - VİDEO

11:40  Millimizin meneceri Avroliqa matçına təyinat aldı

11:29  “Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

10:39  Balotelli nəhs rəqəmə görə təqdim edilmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az