(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
AFFA hədəf yayındırır: yeni baş məşqçi axtarışına başlandı

AFFA hədəf yayındırır: yeni baş məşqçi axtarışına başlandı

AFFA rəhbərliyi azarkeşlərin qəzəbindən qurtulmaq üçün tədbir görməyə başlayıb. Milli omandanın biabırçı çıxışına görə “günah keçisi” axtaran rəsmilər özlərini qorumaq naminə hədəf göstərməyə başlayıb.
 
Azarkeşlərin Slovakiya ilə ev oyununda istefa çağırışları etməsi, AFFA rəhbərliyini postundan getməyə səsləməsi ciddi silkələnməyə səbəb olub. Assosiasiyanın başbilənləri yenə xalqı aldatmaq fikrindədi. Belə ki, futbol təsərrüfatını düzgün idarə edə bilməyən, bu səbəbdən indiki duruma düşməyimizin səbəbkarı olan rəsmilər baş məşqçi Nikola Yurçeviçi yem kimi ictimaiyyətin qarşısına atmaq məqsədi güdür.
 
Dünən matç bitən kimi AFFA İcraiyyə Komitəsi təcili yığışıb və elə stadiondaca Yurçeviçdən 1:5-in hesabatını istəyib. Görüşdə xorvat çalışdırıcıya iradlar bildirilib, o, əsas günahkar kimi qələmə verilib. Danlandıqdan sonra pəjmürdə halda mətbuat konfransına qatılan Nikola sıxma-boğmanın gətirdiyi stressdəndi ki, nə danışdığını bilməyib, hətta qırmızı xətti də keçib.
 
Üzr istəməyən, bunun lazım olduğunu deməklə kifayətlənən xorvat rəqib futbolçuları tərifləməklə, onları qiymətə mindirməklə vəziyyətdən çıxmağa çalışıb. Halbuki hamımız bilirik ki, bunlar quru bəhanələrdi, əksini isbat etmək üçün minlərlə nümunə var. Slovakiya tipli komandalarla Bakıda daha yaxşı oynamaq mümkün idi. Komanda ümumiyyətlə, futbol oynamırdı və bunda baş məşqçinin günahı var. Sadəcə, Yurçeviçin öz səviyyəsi yığma üçün yetərli deyil.
 
Bir saatın tamamından sonra futbolçuların fiziki cəhətdən çatdırmadığını deyən Nikola bu vəziyyəti müqavilə bağlamamış da bilirdi. Amma o zaman susur, anlaşmanı rəsmiləşdirmək istəyirdi. Artıq əlində sənəd var və hamımızın gördüyü problemləri indi dilə gətirir, bəhanə axtarır. O zaman 3 həftədi keçirdiyi toplanışda nə edib ki, indi futbolçular bu durumdadı?
 
Yurçeviç hamiləri ilə kiçik dairədə etdiyi söhbəti də mətbuata çıxarıb. Millətlər Liqasını yada salan, Qurban Qurbanovun bostanına daş atan xorvatın cavabını səbəbkar özü verməlidi. Bircə onu qeyd edək ki, Qurbanovun nələr etdiyini bütün azarkeşlər bilir. Ən azı peşə əxlaqı Nikolaya belə danışmağa imkan verməməliyidi – görünür, o, bu baxımdan da yetişməyib.
 
İstənilən halda, Yurçeviçin çabalaması göstərir ki, onunla bağlı bütün suallar aydındı. Xorvat məşqçi İK üzvlərindən ciddi qulaqburması alıb və sadəcə, yola salınması qalır. AFFA onu istefaya göndərsə, böyük təzminat ödəməlidi. Yəqin ki, qarşıdakı günlərdə qarşılıqlı razılığa gəlinməsi ilə bağlı danışıqlar olacaq. Çünki AFFA prezidenti Rövnəq Abdullayevin katibliyə yeni məşqçi axtarışına başlanmasını tapşırması dəqiqdi.
 
Təbii ki, bu, özünüqoruma instiktidi, “yuxarı”dan gələn qəzəbi yumşaltmaq cəhdidi. Yurçeviçi kimin əvəz etməsindən asılı olmayaraq, ölkə futbolunun perspektivi yoxdu. AFFA-da ciddi islahat aparılmalı, rəhbərlik dəyişməli, xüsusilə də baş katib Elxan Məmmədov səriştəli fitbol mütəxəssisi ilə əvəz olunmalıdı. Yurçeviçi qovmaq yalnız baş aldatmaq olacaq. Qəzəbli azarkeşi köhnə oyunlarla ovutmaq mümkün deyil.

 
tarix: 12-06-2019 09:00


 
Xəbər lenti
20.08.2019

01:01   “Mançester Yunayted” də xal itirdi

19.08.2019

23:24  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

23:03  Mövsümün ilk heç-heçəsi - VİDEO

22:50  Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

22:14  Elşad Əhmədov: “Avropa Liqasına vəsiqə qazanmaq istəyirik”

21:56  “Sabah”la “Neftçi” heç-heçə ilə başladı

21:36  Daliç: “Onların Azərbaycanla matçda ümidləri doğruldacaqlarını gözləyirəm”

21:03  “Forza Neftçi” istefa şüarlarına dəstək vermədi

19:34  Susan, gözdən salınan Orxan Məmmədov

19:30  Birinci Divizionda ilk turun hakim təyinatları

19:12  FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

18:48  “Qarabağ”la oyunun çəkisi daha yüksəkdi”

18:10  Soldado La Liqanın tarixinə düşdü

17:37  PSJ 55 illik rekordu təkrarladı

17:08  “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu

16:40  PSJ belə uduzdu - VİDEO

16:04  Premyer Liqada kuryoz hadisə: Hakim tıxaca düşdü, əvəzində…

15:41  Startda 5 debüt

15:24  Xorvatiyanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

15:03  UEFA Bakıya 70 nəfərlik nümayəndə göndərdi

14:44  “Real”ın sabiq üzvü istefaya göndərildi

14:14  “Neftçi” - “Sabah” matçı 1 manata

13:57  “Qəbələ”dən “Sumqayıt”a

13:14  Əsgərova 73 dəqiqə bəs etmədi

12:56  “Bavariya” Koutinyonu təqdim etdi – RƏSMİ

12:33  Dadaşovun komandası yenə uduzdu

12:19  Messi sağaldı

11:55  “Sabah”ın yeni mövsüm üçün formaları - VİDEO

11:40  Millimizin meneceri Avroliqa matçına təyinat aldı

11:29  “Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

10:39  Balotelli nəhs rəqəmə görə təqdim edilmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az