(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Azarkeşlərin aqibəti bəlli oldu: ən fəallar tribunadan uzaqlaşdırılıb

Azarkeşlərin aqibəti bəlli oldu: ən fəallar tribunadan uzaqlaşdırılıb

Dünən Avro-2020-nin seşmə mərhələsində baş tutan Azərbaycan – Slovakiya matçında saxlanılan azarkeşlərin aqibəti bəlli olub. AFFA rəhbərliyini istefaya səsləyən narazı fanatlar heç də həbs olunmayıb.
 
Əldə etdiyimiz məlumata görə, ilk hissədə səsləndirdikləri şüarlar üzündən daha çılğın olan 20-dən çox fanat tribunalardan uzaqlaşdırılıb. Onları polisələr deyil, mühafizəçilər stadiondan kənara çıxarıb. Bu səbəbdəndi ki, 1:5 hesabıyla uduzduğumuz matçın 2-ci hissəsində istefa şüarları qismən səngimişdi. AFFA ən fəalların kütlədən ayrılmasını təmin etdiyindən, fasilədən əvvəlki narazılıq həmin gücdə davam etmədi.

 
tarix: 12-06-2019 10:05


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az