(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Hamşikdən etiraf: "Bu hesabla qalib gələcəyimizi gözləmirdik"

Hamşikdən etiraf: "Bu hesabla qalib gələcəyimizi gözləmirdik"

Slovakiya millisinin kapitanı Marek Hamşik Avro-2020-nin seçmə mərhələsində, Bakıda yığmamızı məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını savablandırıb. Təcrübəli yarımmüdafiəçi 5:1 hesabı ilə qalib gələcəklərini gözləmədiyini bildirib.
 
- Bizim üçün qrupda çox vacib qələbə idi. Düz 5 qol vurduq. Yaxşı da futbol oynadıq. Çox yaxşı nəticə oldu.
 
- Bu hesabla qalib gələcəyinizi təxmin edirdiniz?
- Bəlkə də yox. Düzünü desəm, bu cür hesabı təxmin etməmişdik. Amma yaxşı oyunla gözəl qollar vurduq. Bu cür hesabla qalib gəldiyimizə görə çox sevindik.
 
- Bəzi futbolçularınız bildirib ki, daha çox qol vura bilərdik. Razısan?
- Əslində, bunun heç bir önəmi yoxdur. Əsas odur ki, qalib gəlib üç xalı qazandıq. Bizim üçün 1:0 və 5:1 hesabının heç bir fərqi yoxdur. Vacib olan qələbə idi ki, onu da yaxşı futbolla qazandıq.

 
tarix: 12-06-2019 10:47


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az