(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Qətərdə stadion tikintisi zamanı 1400 nepallı fəhlə ölüb

Qətərdə stadion tikintisi zamanı 1400 nepallı fəhlə ölüb

Nepal hökuməti 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün stadion tikintisi zamanı 1400 nepallı fəhlənin həlak olması faktını təsdiq edib.
 
Almaniyanın WDR şirkəti turnir obyektlərinin tikintisində iştirak edən fəhlələrin ağır həyatlarından bəhs edən sənədli film hazırlayıb. Nepalın Əmək Nazirliyinin nümayəndəsi Narayan Rəhmi bildirib ki, o, filmdən xəbərsizdir, lakin bir çox həmvətəninin ölüm faktını təsdiq edib: "Biz öz işçilərimizi Qətərə göndərməyə başlayandan, bəzi insanlar orada həlak oldular. 1400, 300 və ya 200 rəqəminin hansının həqiqi olduğuna əmin deyiləm. Mən bunu birbaşa problemlə əlaqəli olan hakimiyyət orqanları ilə dəqiqləşdirməliyəm".
 
WDR-nin məlumatına görə, ölənlərin qohumları Qətərdən heç bir təzminat almayıblar.

 
tarix: 12-06-2019 11:50


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az