(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Şeydayev üçün xüsusi qol: “Top-10”a düşdü

Şeydayev üçün xüsusi qol: “Top-10”a düşdü

Ramil Şeydayev Azərbaycan millisində 3-cü qolunu vurub. 

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu bunu AÇ-2020-nin seçmə mərhələsində Slovakiya yığmasına "Bakcell Arena"da 1:5 hesabıyla uduzduğumuz matçda reallaşdırıb.

Bu qol Şeydayev üçün xüsusi olub. Çünki o, nəhayət evdə - Azərbaycanda da fərqlənib. Ramil bunadək Almaniya və Xorvatiya yığmalarının qapılana səfərdə yol tapmışdı.

Əslində, Şeydayevin 3 ildi şərəfini qoruduğu millimizdə qol hesabını məhz "Bakcell Arena"da açacağı gözlənilirdi. Çünki rəqib autsayder - San-Marino yığması idi. Ancaq 5:1 hesabıyla qalib gəldiyimiz həmin matçda hətta rəqib də avtoqol etdi, ancaq bəxti gətirməyən Ramil meydanı qolsuz tərk etdi. Göründüyü kimi, Şeydayev güclü rəqibləri məyus edir.

Ramil millimizin cari seçmə mərhələdə bombardirinə çevrilib. Belə ki, 3 qol vurmuşuq və bunun 2-si məhz Şeydayevin hesabındadı. 

Ramil millimizin 27 illik tarixində bombardirləri siyahısında "Top-10"luğa düşməsə də, rəsmi oyunlarda qollara görə düşür. Seçmə mərhələlərdə qolları götürsək, siyahıya millimizin bombardiri Qurban Qurbanov yox, onun da rəhbərliyi altında oynamış Dmitri Nazarov başçılıq edir. Belə ki, bu yarımmüdafiəçi hesabına olan 8 qoldan 6-nı rəsmi oyunlarda imza atıb. Qurbanov isə 14 qoldan 5-ni seçmə mərhələdə vurub. Bunların hamısını Avropa çempionatının seçmə tsiklinə təsadüf etməsi diqqət çəkir. 

Qurbanovun bombardirləri siyahısında ən yaxın izləyicisi olan hücumçu Vaqif Cavadov 9 qoldan 5-də rəsmi matçlda fərqlənib. Elvin Məmmədovun millidə 8 qolu olsa da, cəmi 2 dəfə seçmə mərhələdə fərqlənib. Branimir Subaşiç 7 qoldan yalnız 1-i rəsmi qarşılaşmada reallaşdırıb. Rauf Əliyev isə 7 qoldan 4-nü seçmə mərhələdə vurub.

Millidə 6 qolu olan Zaur Tağızadə bunun yarısına rəsmi oyunlarda imza atıb. Millimizin ilk qolunun, ilk dublunun müəllifi, kapitanı olan Nazim Süleymanovla digər hücumçu Fərrux İsmayılov 5 qoldan 3-ü seçmə mərhələdə vurub. Vidadi Rzayev isə 5 qoldan cəmi 1-ni rəsmi qarşılaşmada imza atıb ki, bu da İsveçrə yığması üzərində Bakıda tarixi qələbə qazandırdığı matçdı. (sport24.az)


 
tarix: 12-06-2019 19:30


 
Xəbər lenti
20.08.2019
19.08.2019

23:24  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

23:03  Mövsümün ilk heç-heçəsi - VİDEO

22:50  Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

22:14  Elşad Əhmədov: “Avropa Liqasına vəsiqə qazanmaq istəyirik”

21:56  “Sabah”la “Neftçi” heç-heçə ilə başladı

21:36  Daliç: “Onların Azərbaycanla matçda ümidləri doğruldacaqlarını gözləyirəm”

21:03  “Forza Neftçi” istefa şüarlarına dəstək vermədi

19:34  Susan, gözdən salınan Orxan Məmmədov

19:30  Birinci Divizionda ilk turun hakim təyinatları

19:12  FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

18:48  “Qarabağ”la oyunun çəkisi daha yüksəkdi”

18:10  Soldado La Liqanın tarixinə düşdü

17:37  PSJ 55 illik rekordu təkrarladı

17:08  “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu

16:40  PSJ belə uduzdu - VİDEO

16:04  Premyer Liqada kuryoz hadisə: Hakim tıxaca düşdü, əvəzində…

15:41  Startda 5 debüt

15:24  Xorvatiyanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

15:03  UEFA Bakıya 70 nəfərlik nümayəndə göndərdi

14:44  “Real”ın sabiq üzvü istefaya göndərildi

14:14  “Neftçi” - “Sabah” matçı 1 manata

13:57  “Qəbələ”dən “Sumqayıt”a

13:14  Əsgərova 73 dəqiqə bəs etmədi

12:56  “Bavariya” Koutinyonu təqdim etdi – RƏSMİ

12:33  Dadaşovun komandası yenə uduzdu

12:19  Messi sağaldı

11:55  “Sabah”ın yeni mövsüm üçün formaları - VİDEO

11:40  Millimizin meneceri Avroliqa matçına təyinat aldı

11:29  “Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

10:39  Balotelli nəhs rəqəmə görə təqdim edilmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az