(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Uels millisinin üzvü rəsmən “Mançester Yunayted”də

Uels millisinin üzvü rəsmən “Mançester Yunayted”də

İngiltərənin “Mançester Yunayted” klubu “Suonsi Siti”nin futbolçusu Daniel Ceymsi rəsmən heyətinə qatıb. 

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı vingerlə 4+1 illik müqavilə imzalanıb. 

“Qırmızı şeytanlar” bu transferə görə 17 milyon avro təzminat ödəyiblər.

Ceyms 2018-ci ilin sonlarından etibarən Uelsin əsas millisində çıxış edir. Uels yığması Azərbaycanın AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən biridi.


 
tarix: 12-06-2019 20:28


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az