(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Qəbələ” Polşaya turnirə dəvət olundu

“Qəbələ” Polşaya turnirə dəvət olundu

“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Polşanın Krakov şəhərində təşkil olunacaq “X Football Academy 21 Cup”da qüvvəsini sınayacaq. 

Turnir iyunun 13-17-də keçiriləcək. Yarış Krakov şəhər meriyasının “Football 21” akademiyasının təşkilatçılığı, Miroslav Şımkovyak və Tomaş Frankovskinin dəstəyi ilə baş tutacaq. 

Əvvəlki illərdə “Mançester Yunayted”, “Mançester Siti”, “Everton” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Borussiya” (Dortmund, Almaniya), “Valensiya” (İspaniya) kimi klublar da turnirə qatılıb.


 
tarix: 12-06-2019 21:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az