(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Şeydayev azarkeşlərdən üzr istədi

Şeydayev azarkeşlərdən üzr istədi

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına Bakıdakı 1:5 hesablı məğlubiyyətlə bağlı “Facebook”dakı rəsmi səhifəsində paylaşım edib. 

Futbolinfo.az xəbər verir ki, sözügedən matçda yığmamızın heyətindəki ən yaxşı futbolçu, yeganə qolumuzun müəllifi olan gənc forvard azarkeşlər qarşısında üzrxahlıq edib:

“Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz”.

Ramil matçdan sonra jurnalistlərə müsahibə verərkən ağladığına dair iddialara da münasibət bildirib: “Düzdü, çox üzülmüşdüm, amma müsahibə verərkən ağlamamışam, tərimi silirdim”.


 
tarix: 13-06-2019 00:25


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az