(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Qarabağ”ın futbolçusu millidə qol vurdu

“Qarabağ”ın futbolçusu millidə qol vurdu

Futbol üzrə Haiti yığma komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Donald Geryenin formasını geyindiyi sözügedən komanda Qayana ilə qarşılaşıb. 

Görüş Haitinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Gerye də bu oyunun iştirakçısı olub. Ağdam klubunun üzvü start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ikinci qolunu da Donald vurub. O, 29-cu dəqiqədə fərqlənib.

Haiti millisi hazırda ABŞ, Kosta-Rika və Yamaykada təşkil olunacaq “Gold Cup” turnirinə hazırlaşır.


 
tarix: 13-06-2019 09:15


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az