(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Real” növbəti transferini rəsmən açıqladı

“Real” növbəti transferini rəsmən açıqladı

Madrid “Real”ı bu yay növbəti transferini rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, İspaniya nəhəngi Fransanın “Olimpik” (Lion) klubundan Ferland Mendini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

“Real”ın mətbuat xidməti fransalı futbolçu və onun klubu ilə bütün məsələlərdə razılığa gəlindiyini bəyan edib. 24 yaşlı sol cinah müdafiəçisi 2025-ci ilə qədər Madrid klubunun şərəfini qoruyacaq.

Mendinin təqdimat mərasimi gələn həftə “Santyaqo Bernabeu” stadionunda təşkil olunacaq.

Fransalı futbolçu geridə qalan mövsümdə Lion klubu ilə 44 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Real” daha öncə Eden Hazard, Luka Yoviç, Eder Militao və Rodriqonu da transfer etmişdi.


 
tarix: 13-06-2019 10:30


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az