(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Beşiktaş” 9 milyonluq təklifdən imtina etdi

“Beşiktaş” 9 milyonluq təklifdən imtina etdi

Türkiyənin “Beşiktaş” klubu futbolçusu Dorukhan Toköz üçün 9 milyon avroluq təklifdən imtina edib.

Futbolinfo.az xəbər verir ki, Türkiyə millisinin də şərəfini qoruyan 23 yaşlı yarımmüdafiəçini İtaliyanın “Udineze” klubu transfer etmək istəyir. 

Amma İstanbul klubu A Seriyası təmsilçisinin 9 milyonluq təklifini qəbul etməyib. Türkiyə mətbuatının yazdığına görə, “qara qartallar” ən azı 15 milyon avroluq təklif gözləyir.

Dorukhan ötən ilin yayında “Əskişəhərspor”dan azad agent kimi “Beşiktaş”a keçib. O, bu komanda ilə meydana çıxdığı 25 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.


 
tarix: 13-06-2019 10:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az