(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Tərlan Əhmədov üçün argentinalı, xorvat, braziliyalı: Benamar qalacaq, Pərdis qayıda bilər

Tərlan Əhmədov üçün argentinalı, xorvat, braziliyalı: Benamar qalacaq, Pərdis qayıda bilər

“Keşlə” yeni mövsüm üçün heyətin komplektləşdirilməsinə başlayıb. Komandadan göndərilən çoxsaylı oyunçuların əvəzinə yeniləri cəlb olunur.
 
Rəşad Əzizli (“Sumqayıt”) və Ruslan Qurbanovun (“Səbail”) transferini rəsmən açıqlayan, Emin Mehdiyevi (“Qaradağ Lökbatan”) heyətinə cəlb edən bakılılar, düşərgədəki bir sıra futbolçularla anlaşmanı təzələyib. Əlavə olaraq, MOİK-dən Ceyhun Muxtarlı heyətə götürülüb, Hollandiya “Neymegen”dən ayrılan Ziya Əzizov karyerasını “Keşlə”də davam etdirəcək.
 
Bununla yerli oyunçu transferini yekunlaşdıran paytaxt klubu yalnız Pərdis-Fərcad Azadı geri qaytara bilər. Sabiq baş məşqçilərdən Yuri Maksimov bəyənmədiyi üçün “Zirə”yə gedən, lakin orada ümidi doğrultmayan milliləşdirilmiş futbolçu hazırda işsizdi. Almaniyada istirahət edən forvardın “Keşlə”də oynamaq ehtimalı var. Bu variant alınmasa, başqa yerli transferi gözlənilmir.
 
Qapını əcnəbiyə tapşırmaq istəyən “Keşlə” hələlik axtarışdadı. Müdafiənin mərkəzində oynayacaq futbolçular isə artıq seçilib. Argentina və Xorvatiyadan gətiriləcək legionerlərlə müqavilənin imzalanması yaxın günlərdə reallaşacaq. Elə braziliyalı pleymeykerin də keçidi dəqiqləşib, lakin hamısının adı sirr saxlanılır.
 
Yarımmüdafiəçi Con Kamaradan başqa bütün əcnəbiləri yola salan “Keşlə” hücum xəttində də legionerə güvənəcək. Hazırda namizədlərə baxılır və qərar verilməyib.
 
Rayan Benamarın “Keşlə”də oynayacağı da dəqiqdi. Apreldən klubun düşərgəsində olan və müqavilə bağlayan Əlcəzair əsilli Fransa vətəndaşının oynaması üçün hər hansı əngəl yoxdu. Fransanın “Tur” klubunun B komandasından heyətə cəlb olunan 24 yaşlı cinah yarımmüdafiəçisi baş məşqçi Tərlan Əhmədovun sərəncamındadı.
 
 
Yeri gəlmişkən, “Keşlə”nin məşqçi korpusuna daha bir nəfər cəlb edilib. Vadar Nuriyev yenidən Əhmədovla bir komandada çalışacaq. Onun Mehman Babayevi əvəz edəcəyi deyilsə də, reallıq başqadı. Belə ki, Babayev əvəzedici komandaya göndərilməyib, yenə Əhmədovun yanında çalışacaq. Rəşad Sadiqovun isə oynayan məşqçi kimi ehtiyat oyunçular skamyasında əyləşməsi mümkün olacaq.

 
tarix: 13-06-2019 10:11


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az