(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Millət vəkili: "Bəs nə oldu, Qurban Qurbanova 6 ay səbr edə bilmədilər"

Millət vəkili: "Bəs nə oldu, Qurban Qurbanova 6 ay səbr edə bilmədilər"

"Gül kimi azərbaycanlı məşqçi vardı - Qurban Qurbanov. “Qarabağ”ı Avropa liqalarına çıxarır, oynadır. Bəs nə oldu, Azərbaycan millisində 6 ay səbr edə bilmədilər" – bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa millimizin Slovakiya qarşısındakı məğlubiyyətinə münasibət bildirərkən deyib.
 
O, Azərbaycan futbolunun inkişafsızlığını ölkədə özəl sektorun olmaması ilə əlaqələndirib: "Əslində idmana, futbola bu qədər pul ayrılması məsələsi müəyyən qədər düz deyil. Çünki futbolun, idmanın özü pul qazanmalıdır. İdmana pul ayırmaq işi özəl sektorun üzərinə qoyulmalıdır. Bizdə özəl sektor olmadığına, insanlar bu sahəyə yatırım qoymadığına görə futbol da inkişaf etmir".
 
Millət vəkili binaların həyətlərində və bəzi məktəblərdə meydançaların olmamasının da futbola ciddi təsir göstərdiyini bildirib: "Burada söhbət təkcə futboldan getmir. Hamının diqqəti futbol üzərində cəmlənib. Söhbət ondan gedir ki, yeni və plansız tikilən binaların heç birinin həyətində uşaqların futbol oynaya biləcəyi meydança yoxdur. Buradan uşaq necə yetişə bilər? Heç bir məktəbin üzgüçülük hovuzu yoxdur, nə də ki pulsuz fəaliyyət göstərən üzgüçülük hovuzları. Məktəblərdə standart meydançalar yoxdur. Axı, bütün bunların təməli məktəbdən başlayır".
 
Fazil Mustafa ölkədə sadəcə, futbolun deyil, bir çox olimpiya səviyyəli idman növünün də xeyli geridə qaldığını deyib: "Digər tərəfdən ölkədə guya həndbol var, basketbol var? Bunlar yoxdursa, bu o deməkdir ki, ölkədə bu sahədə sistemli bir planlaşdırma işi mövcud deyil. Ona görə də birinci iş sferasını gücləndirmək lazımdır ki, onlar futbola yatırım etsinlər. Çünki futbol təkcə idman deyil, həm də biznesdir. Biznes mühiti olmadığına görə futbol da inkişaf etmir. Nə birinci liqada, nə də ki divizionda. Burada da keyfiyyətli futbolçu olmadığına görə hardan adam tapıb oynadacaqlar? Braziliyadan 20 nəfər gətirib milliləşdirməyəcəklər ki. Xarici məşqçi məsələsi də düşündürücüdür. Gül kimi azərbaycanlı məşqçi vardı - Qurban Qurbanov. Qarabağı Avropa liqalarına çıxarır, oynadır. Bəs nə oldu, Azərbaycan millisində 6 ay səbr edə bilmədilər".
 
Qeyd edək ki, Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiya millisinə 1:5 hesabı ilə məğlub olub. Bu nəticədən sonra Slovakiya xallarının sayını 6-a çatdırıb. Azərbaycanın isə 3 oyundan sonra sıfır xalı var (yeniavaz.com).

 
tarix: 13-06-2019 11:17


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az