(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Qrizmann "Barselona" ilə martda anlaşıb

Qrizmann "Barselona" ilə martda anlaşıb

"Atletiko"nun hücumçusu Antuan Qrizmannın yeni klubunun adı dəqiqləşib. Madrid klubunun rəhbəri Migel Anxel Gil Marin İspaniya mətbuatına açıqlamasında 28 yaşlı futbolçunun "Barselona"ya keçdiyini deyib: "Qrizmann martda "Barselona" ilə anlaşmışdı. O, növbəti mövsüm "Barselona"da çıxış edəcək".
 
Qeyd edək ki, 2014-cü ilin yayında "Real Sosyedad"dan 30 milyon avro qarşılığında "Atletiko"ya transfer olan Fransa millisinin üzvü ötən mövsüm "Atletiko"da 48 oyuna 21 qol vurub.

 
tarix: 13-06-2019 11:24


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az