(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Ramil Şeydayev Rusiyada klubunu dəyişir

Ramil Şeydayev Rusiyada klubunu dəyişir

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev komandasını dəyişə bilər. Bu barədə məlumatı Rusiya mətbuatı yayıb.
 
Bildirilir ki, 23 yaşlı forvardın "Krılya Sovetov"la müqavilə müddəti bu ayın sonunda başa çatacaq və o, iyulun 1-dən azad agent statusu daşıyacaq. Futbolçu özü millimizin düşərgəsində olarkən gələcəyi ilə bağlı suala konkret cavab verməmiş, necə nəticələnəcəyini bilmədiyini demişdi.
 
Rusiyalı həmkarlarımız Şeydayevin Samara təmsilçisindən ayrılmaq ehtimalının heç də az olmadığını iddia edib. Çünki onun Rusiya Premyer Liqasından başqa təklifləri də var: "Şeydayevin azad agent olması digər klublar üçün də şansdı. O, hazırkı klubu ilə yanaşı, digərləri ilə də danışıq aparır. Ramil çox güman ki, növbəti mövsümü də Rusiya Premyer Liqasında keçirəcək".
 
Qeyd edək ki, ötən il "Krılya Sovetov"a keçən Ramil Şeydayev geridə qalan mövsümdə 18 oyun keçirib, 4 qol, 1 assistlə yadda qalıb.

 
tarix: 13-06-2019 11:35


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az