(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Qarabağ”dan ayrılandan sonra karyeramı bitirməyi düşünürdüm”

“Qarabağ”dan ayrılandan sonra karyeramı bitirməyi düşünürdüm”

“Özümə də maraqlı idi ki, görəsən, karyeramı bitirim, yoxsa oynamağa davam edim. Çünki futbolla bağlı başqa maraqlı təkliflərim var idi”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri mövsümün sonunda "Qarabağ"dan ayrılan Yakub Jezniçak Polşa mətbuatına açıqlamasında deyib. 

Dünən Plotsk "Visla"sı ilə müqavilə bağlayan 32 yaşlı müdafiəçi sabiq klubu "Legiya"ya qayıtmamasının səbəbini açıqlayıb:

"Mənim də ümidim var idi ki, yenidən "Legiya"da oynayacağam. Bu ehtimal 50 faiz idi Mən istəyirdim, görünür, onlar istəmədilər (gülür)".

2017-ci ilin yayında "Qarabağ"a gələn polşalı futbolçu həmin vaxt bu qərarının yerli ictimaiyyət tərəfindən təəccüblə qarşılandığını söyləyib: "Çoxları düşünürdü ki, Azərbaycan 3-cü dünyadır və orada heç nə yoxdur. Amma reallıq göstərdi ki, orada vəziyyət daha yaxşıdır. "Qarabağ"da özümü əla hiss edirdim".

Jezniçak 2 illik "Qarabağ" karyerasından sonra futbolla vidalaşmaq istədiyini də istisna etməyib: "Azərbaycandan Polşaya qayıtdıqdan sonra karyeramı bitirmək barədə ciddi fikirləşirdim. Ancaq veteran futbolçularla söhbətlər məni fikrimdən daşındırdı. Onlar deyirlər ki, bacardığın qədər oyna, çünki bir də bu hissləri yaşamayacaqsan".


 
tarix: 13-06-2019 12:55


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az