(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Sabah”ın hazırlıq planında dəyişiklik edildi

“Sabah”ın hazırlıq planında dəyişiklik edildi

“Sabah”ın yay hazırlıq planında dəyişiklik edilib.

Futbolinfo.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda Türkiyənin Bolu şəhərinə əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 16-da yox, iyulun 23-də yollanacaq. 

Türkiyə toplanışı avqustun 6-na kimi davam edəcək. Bu müddətdə 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, komanda növbəti mövsümün hazırlığına iyunun 17-də başlayacaq. Təlim-məşq toplanışının ilk hissəsi Bakıda baş tutacaq. İyulun 22-dək davam edəcək hazırlığın bu mərhələsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılıb.


 
tarix: 13-06-2019 13:20


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az