(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qəbələ” Türkiyə klubunun futbolçusunu baxışa dəvət etdi

“Qəbələ” Türkiyə klubunun futbolçusunu baxışa dəvət etdi

“Qəbələ” klubu 2018/2019 mövsümü üçün transfer çalışmalarına başlayıb.

Futbolinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Sənan Qurbanovun "Report"a verdiyi məlumata görə, əyalət təmsilçisi bir neçə futbolçunu baxışa dəvət edib. 39 yaşlı mütəxəssis bildirib ki, bunların arasında Türkiyənin həvəskar statuslu BAL Liqasında "Karadeniz Ereğli Belediyespor"da çıxış edən Oruc Balaşlı da var.

Baş məşqçinin sözlərinə görə "Qəbələ" həmçinin son mövsümü "Keşlə"də keçirən Fuad Bayramovun və "Sumqayıt"ın sabiq yarımmüdafiəçisi Orxan Əliyevin xidmətindən maraqlıdır. Ölkə kubokunun sahibi I Diviziondan da baxışa oyunçu çağırıb. Komanda "Zaqatala"da çıxış edən Cavad Kazımovu da sınaqdan keçirəcək.

Qurbanov deyib ki, hazırda 10-dək oyunçunu nəzərdə keçirir və Bolu toplanışınadək transferləri reallaşdırmaq istəyirlər. 

Qeyd edək ki, bölgə klubu yeni mövsümün hazırlıqlarına iyunun 15-də Qəbələdə başlayacaq. Komanda iyulun 4-də Türkiyənin Bolu şəhərinə yollanacaq. 


 
tarix: 13-06-2019 14:25


 
Xəbər lenti
18.06.2019

00:05   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

17.06.2019

21:17  “Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

20:34  “Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi

19:55  “Neftçili Yay” futbol düşərgəsi start götürdü

19:05  “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33  “Roma”nın əfsanəsi klubdan getdi

17:16  “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10  “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:35  İsayevə görə Rəfiyev danlandı

15:27  ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11  “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15  Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42  Milli komandada ciddi itki

13:14  ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45  Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17  Mahir “Qarabağ”dan gedir?

11:50  “Qarabağ”lı üçün 90 dəqiqə

11:25  Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00  Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32  Larsson yenidən baş məşqçi təyin olundu

10:00  Super Liqa klubunda baş məşqçi istefası

09:30  La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00  Turalla Vüqar oynadı, “Dauqavpils”...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az