(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Bordin Jezniçakı istəyirmiş: “Neftçi” rəhbərliyi “Qarabağ”dan heç kimi istəmədiklərini bildirdi”

Bordin Jezniçakı istəyirmiş: “Neftçi” rəhbərliyi “Qarabağ”dan heç kimi istəmədiklərini bildirdi”

"Qarabağ"da karyeramın iki möhtəşəm mövsümünü keçirdim. Azərbaycan və orda tanış olduğum insanlar haqqında mənfi fikir demək istəmirəm. Ölkədə futbol çox da pis deyil. İki çempionluq qazandıq. Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynadım" - bunu "Visla"ya (Plotsk) keçən "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak przegladsportowy.pl saytına müsahibəsində deyib.
 
"Qarabağ"da 2017-ci ilin iyulundan çıxış edən 32 yaşlı mərkəz müdafiəçisi bildirib ki, Azərbaycanda futbolun səviyyəsi gözlədiyindən daha yaxşıdı. Jezniçak ölkədə idmanın mükəmməl olduğunu vurğulayıb: "Yeni mədəniyyət və gözəl Bakı ilə tanış oldum. Mənim bu ölkə haqqında fikirlərim dəyişdi, çoxları buranı üçüncü dünya hesab edirdi, orada heç nə olmadığını və futbol oynamağa deyil, "cibimi doldurmağa" getdiyimi düşünürdülər. Reallıqda isə daha yaxşı idi. Hətta dini müxtəliflik də problem yaratmırdı: insanlar əcnəbilərə qarşı dözümlüdürlər. Baş məşqçi qatı müsəlman idi, amma bəzən müəyyən şeylərə göz yumurdu. Özümü əla hiss edirdim".
 
Polşalı oyunçu Ağdam təmsilçisindən ayrılmasının səbəbini belə izah edib: "Sonuna qədər gözlədim. Çünki hər kəsə yeni müqavilənin təklif olunmasının mümkünlüyü ehtimalı həmişə mövcuddur. Bir il əvvəlki hal təkrarlandığı üçün mənfi qərar gözləyirdim. Mövsümün əvvəlində çox oyunda iştirak edə bilmədim. Bu, limitlə əlaqədar idi. Buna görə də məşqçi daha çox ön xəttdə çıxış edən əcnəbi futbolçulara şans verirdi. Arxada yerlilər, ön xəttdə isə əcnəbilər oynayırdı. Hazırda mənim yerimə başqa futbolçu almayacaqlar. Üç azərbaycanlı müdafiəçisi kifayətdir. Amma orda yaxşı təəssürat yarandı".
 
Jezniçakın sözlərinə görə, karyerasını "Neftçi"də davam etdirmə ehtimalı da olub. Lakin buna paytaxt klubunun rəhbərliyi mane olub: "Mövsümün sonunda  məni yaxşı tanıyan "Neftçi"nin baş məşqçisi Roberto Bordindən maraq var idi. Lakin rəhbərlik komandaya "Qarabağ"dan heç kimi götürmək istəmədiklərini söylədi".

 
tarix: 14-06-2019 09:00


 
Xəbər lenti
17.10.2019

09:00   Elxan Məmmədovla “A”-dan “Z”-dək

16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az