(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Keşlə”dən daha biri getdi – Axundovla davaya görə

“Keşlə”dən daha biri getdi – Axundovla davaya görə

“Keşlə” daha bir futbolçu ilə yollarını ayırır. Gedən legioner limitində yer tutan azərbaycanlıdı.
 
Mövsüm bitən kimi 13 oyunçunu yola salan, daha sonra Sərtan Taşkınla vidalaşan bakılılar sonuncu pilləni “təmin edən” əksər oyunçulardan canını qurtarır. Bu dəfə də Samir Məsimovdan imtina edilib. Rusiya vətəndaşı kimi oynayan həmyerlimizin gediş səbəbi başqadı.
 
Ötən yay komandaya götürülən Samir ümidləri doğrultmadı. Lakin o, rəhbərlik və məşqçilərlə yola getmədiyi üçün bu aqibəti yaşadı. Başı klubdaxili qalmaqallara qarışan yarımmüdafiəçi öz formasına da diqqət etmədi. Belədə vida qaçılmaz idi.
 
Amma Samirin mövsüm bitən kimi yox, məhz indi yola salınmasının başqa səbəbi var. Belə ki, onun klubla daha bir illik müqaviləsi var idi. Son ana kimi tərəflər gözlədi və sonda müqaviləyə qarşılıqlı razılıqla xitam verdilər.
 
Düzdü, hələlik “Keşlə” rəsmi açıqlama verməyib, lakin Məsimov yeni komanda axtarışındadı. Onun Rusiyanın aşağı dəstə komandalarından biriylə razılığa gəldiyi deyilir.
 
Samirin klubdan ayrılmasına səbəb olan əsas hadisə Sumqayıtda baş verib. Aprelin 6-da, 23-cü tur çərçivəsindəki matçdan sonra “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundova cavab qaytaran futbolçunun taleyi həll olunub. Yerli komandaya 1:2 hesabıyla məğlubiyyətdən sonra Axundov, adətinə uyğun olaraq, paltardəyişmə otağına girib və futbolçuları təhqir edib. Komandasının yeganə qolunu vuran Məsimov isə dözməyərək Zaur bəyə cavab qaytarıb.
 
Bu hadisə zamanı vəziyyəti stabilləşdirmək, tərəfləri sakitləşdirmək mümkün olsa da, hər iki tərəf mövcud müqavilənin davam etməyəcəyinə beyinlərində qərar veriblər. Və ayrılıq məhz indi rəsmiləşir.
 
 
Conatan Ayitenin gedişinin səbəbi də oxşardı. Məşqçilər fransız hücumçunu heyətdə saxlamaq istəyirmiş. Lakin son oyunların birində Axundovla kəllə-kəlləyə gələn, əlbəyaxa olmaq həddinə çatan futbolçu belə rəhbəri olan klubda qalmaq istəməyib.

 
tarix: 14-06-2019 10:01


 
Xəbər lenti
16.10.2019

09:00   Uçurumun dibində: AFFA – dövlət içində dövlət?

01:28   Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı

00:53   İspaniya AÇ-2020-də!

00:25   Millimiz İsveçrəyə belə uduzdu - VİDEO

00:14   Azərbaycan - İsveçrə oyununda yanğın

00:09   “Neftçi” məşqləri bərpa etdi

00:01   Mircavadovun Dadaşlinski imtahanı - VİDEO

15.10.2019

23:53  Federasiya prezidenti istefa verdi

22:48  Obradoviç: “Düzələsi çox şey var”

22:23  “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51  Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37  Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49  İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20  UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00  Millimiz San Marinoya qalib gəldi

18:41  Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24  Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00  Milli karyerasını başa vurdu

17:42  35 ildən sonra…

17:20  Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00  Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41  “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27  Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08  İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44  Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26  Millimizin lideri - Ramil Şeydayev!

15:01  UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42  Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21  AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00  Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42  Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30  Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17  Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43  “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21  Millimiz San Marino ilə üz-üzə

12:07  AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48  Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az