(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Elxan Məmmədova əvəzləyici axtarışı başladı

Elxan Məmmədova əvəzləyici axtarışı başladı

Milli komandalarımızın uğursuz çıxışı, futbol təsərrüfatının səriştəsiz idarə edilməsi ictimaiyyətdə AFFA-ya qarşı qəzəb yaradıb. Slovakiya ilə Avro-2020-nin seçmə mərhə matçında bu qəzəb partladı və “istefa” şüarlarında əksini tapdı.
 
Artıq azarkeşlər də başa düşür ki, bütün uğursuzluqların birbaşa səbəbkarı AFFA, işini bacarmayan qurum rəsmiləridi. Ancaq büdcəni dağıtmaqla məşğul olan bu insanlar ölkədə futbolun inkişafı, kütləviləşməsi, regionlara yayılması baxımından heç bir iş görə bilmir, üstəlik, gənc nəslin yetişməsini təmin etməyi bacarmırlar. Bütün bunlar isə yekunda milli komandaların nəticələrində, oyununda mənfi əksini tapır.
 
Azarkeşlərin əsas hədəfinin Elxan Məmmədov olması da təsadüf deyil. Məhz baş katib SOCAR vasitəsi ilə dövlətdən gələn böyük dəstəyi istiqaməti üzrə yönəltmir, vəsait xərclənir, dağıdılır, real nəticə isə yoxdur.
 
Azarkeşlərin istefa tələbindən sonra problem qabarıqlığı ilə ortaya çıxıb. İndi ölkə rəhbərliyi, ölkədə idmanın inkişafında maraqlı olan şəxslər də reallığı daha yaxşı görür. Və 12 ildi AFFA-nın faktiki idarəçisi olan Məmmədova əvəzedici axtarmağa başlayıblar. Ən geci Avro-2020-dən sonra Elxan bəy yola salınacaq. Amma bu, daha tez də baş verə bilər. Çünki ardıcıl 3 məğlubiyyətdən sonra qitə çempionatının final mərhələsinə vəsiqə söz verənlərin yalan danışdığı üzə çıxıb. İndi ictimaiyyətin narazılığına reaksiya vermək lazımdı.
 
Vəziyyət elədir ki, baş katiblə yanaşı, bütün AFFA rəhbərliyi dəyişə bilər. Bu, hadisələrin gedişindən asılı olacaq. Çünki indikilərin hakimiyyət müddəti 10 ili çoxdan keçib, lakin futbolun inkişafı adına heç bir işartı yoxdu. Fuad Musayev kimi 11 ili başa vuran hazırkı rəhbərliyin dövründə şərait və nəticələr tərs mütənasibdi. Futbola maliyyə yatırımı artdıqca çempionatda komanda, uşaq futbolunda üzə çıxan istedadlar hər gün azalır, heç kim xaricə legioner həyatı yaşamaq üçün getmir. Bu isə strategiyanın düzgün qurulmamasının, yanlış sistem seçilməsinin təsdiqidi.
 
Məhz bu amilləri nəzərə alsaq, nəinki baş katib, ümumilikdə futbol rəhbərliyi dəyişməlidi. AFFA hər nə qədər müstəqil qurum olsa da, maliyyəsi əsasən dövlət qayğısı sayəsində təmin olunur. Ona görə də həmişə olduğu kimi, bu məsələdə dövlətin müdaxiləsi labüd və vacibdi.
 
“Qarabağ” və “Qəbələ”nin simasında avrokuboklarda nəticələrin yaxşılaşdırılması isə AFFA-nın uğuru deyil. Klub futbolundakı irəliləyişə görə assosiasiya qürrələnə bilməz. Əksinə, çempionatda cəmi 2 komandanın müstəqil olması və məhz onların hamıdan yaxşı olması düşündürücü məqamdı. AFFA vasitəsi ilə maliyyələşən klublar bir mərhələ keçə bilmədiyi halda, “Qəbələ” və xüsusilə də “Qarabağ”ın möhtəşəm nəticələri idarəçilik bacarığındakı fərqləri ortaya qoyur.
 
Bəlkə də Elxan Məmmədova əvəzedici axtarışı yubanıb. Lakin gec də olsa, olsun. Onsuz da illər itirilib. İndi boşa verilən 1-2 ayın kompensasiyası üçün sabah illər lazım olacaq.
 
CAVAD

 
tarix: 14-06-2019 11:00


 
Xəbər lenti
21.07.2019
20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:45  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az