(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Energetik”in prezidenti: “Getmişəm kimlərinsə qapısına ki, 50 manat ver

“Energetik”in prezidenti: “Getmişəm kimlərinsə qapısına ki, 50 manat ver

Ölkənin köklü futbol klublarından sayılan "Energetik"in bugünkü durumu ürəkaçan deyil.

Futbolinfo.az xəbər verir ki, son illəri Region Liqasında keçirən klub fəaliyyətini dayandırmaq üzrədi. Buna səbəb isə "Azenco" şirkətinin kluba sponsorluqdan imtina etməsidi. Maliyyə problemləri ilə üzləşən Mingəçevir təmsilçisinin tarixə qovuşmaq ehtimalı böyükdü.

Bu üzdən klubun prezidenti, vaxtilə elə "Energetik"də futbolçu kimi çıxış etmiş Ruslan Həmidovla danışdıq. Ruslan bəy bunları söylədi: "1 ildi bizə ezamiyyətpulu verilmirdi. Bu müddətdə, 150 manat maaş almışam. Halbuki mətbuatda 180-190 manat yazırlar. Belə deyil, indi bütün məlumatları sizə verəcəm. Mən 180-190 manat maaş görməmişəm, yalandı. 2003-cü ildən, 2018-ci ilə qədər 130-150 manat əməkhaqqı almışıq. 180 manatı isə prezident fərman verəndən sonra cəmi 1 dəfə görmüşük. Bu yaxınlarda isə "Azenco"dan zəng vurdular ki, "gəlin ərizələrinizi yazın, əməkhaqqı verilməsi dayandırılır. Zavodun sizi saxlamağa gücü çatmır". Halbuki həmin "Azenco" şirkəti Qusar "Şahdağ"ına da sponsorluq edir. Futbolçulara ayda 700-800 manat maaş verirlər. Mən onlara heç nə edə bilmərəm, çünki MMC-di. Sadəcə Azərbaycan futboluna ürəyim yanır".

Həmidov "Energetik"in Region Liqasındakı açınacaqlı durumuna da toxundu: "180 manatı cəmi 1 ay gördük. Allaha and olsun 1 ildi uşaqları oyuna pomidor-çörəklə aparıram, kolbasa-çörəklə gətirirəm. Mingəçevir əhalisi, iş adamları olmasaydı, "Energetik" çoxdan dağılardı. 1 ildi mingəçevirlilər bu uşaqları saxlayır. Rusiyada, digər Avropa ölkələrində yaşayan mingəçevirlilər hesab açdırdılar, biri 1000 rubl verirdi, digəri 50 avro göndərirdi. Bir il ərzində ezamiyyətə 78 min manat pul xərcləmişəm. O da bilirsiz necə? Düşmüşəm qabağa, getmişəm kimlərinsə qapısına ki, "qardaş sabah oyuna yollanırıq, 50 manat ver". Sağ olsunlar hara getmişəmsə kömək edirdilər. "Azenco"dan dedilər ki, "5-ci günə qədər ərizələri çatdırın, sizi işdən azad edirik". İndi qalmışam belə. Ayyarım əvvəl, Energetika Nazirliyinə getdim. 20 gün əvvəl, "Azərişıq"ın sədrinin qəbulunda olmuşam. AFFA-ya da məktub yazmışam".

Klub prezidenti yeganə ümid yerinin "Azərenerji" olduğunu söylədi: "Yeganə ümidimiz "Azərenerji"nin prezidenti Balababa Rzayevdi. Mingəçevirdə futbolu yalnız bu insan qaldıra bilər. Burda QRES zavodu var. Vaxtilə komnandanı maliyyələşdirirdi. Demək istəyirəm ki, burada futbolu yüksəltmək üçün bizə QRES-də 27 nəfərlik ştat verilməlidi. Balababa müəllimin qəbuluna yazılmışam, ondan da xahiş edəcəm ki, Mingəçevirin futbolunu yaşatsınlar. Çünki bura futbol məktəbi olub, veteran futbolçularımız var. Region Liqasında Sumqayıt komandası ilə oyuna 3800 tamaşaçı gəlmişdi. Ümidimiz Balababa müəllimədi. Mingəçevir futbolunun düzəlməsi üçün QRES-dən 27 ştat almalıyıq. Orda minimum əməkhaqqı 450 manatdı. Balababa müəllim gələndən sonra, "Azərenerji"də minimum əməkhaqqını qaldırdılar. Ən zəif, fəhlə maaşı nədisə, mən ona qaneyəm. 26 futbolçunun adını yazsınlar, bununla da Mingəçevir futbolu inkişafa doğru gedəcək. Bunu sizə 100 faiz, əminliklə deyirəm. Baxın, U-17 yığmamıza 3-4 namizədimiz var. Hansı ki, onları yığma səviyyəsinə 150 manat maaşla qaldırmışam".
 
"Eneregtik"in sabiq futbolçusu iş adamlarının kluba yaxın durmamasının səbəblərini də dedi: "Bəzi iş adamları var, sponsorluğa dəvət etmişəm. Ancaq deyirlər ki, "tutaq ki, futbola maliyyə yatırdım, bəs mənim qazancım nədi? Nədən azad olacam?". Cavab verirəm ki, "heç nə". Deyir ki, "onda niyə baxmalıyam? Vergidən azad olsam baxardım" Belə baxıram ki, düz deyir. Bir komandanın divizionda çempionluğa oynaması üçün ən azı ildə 200 min manat lazımdı. Yəni gəliri olmayandan sonra bu adam hardan qazanc əldə etsin? Elə şey olar ki, kimsə gətirib mənə 200 min manat versin, ancaq özü heç nə qazanmasın? Biz yalnız QRES-dən maliyyələşə bilərik. Ümidimiz Balababa müəllimdi. Bu şeylər olmasa Mingəçevir futbolunun sonudu. Bizə ancaq "Azərenerji" baxa bilər. Bu da olmasa, fərz edin ki, Mingəçevirdə futbolun məzarı qazılıb, indi də basdıracağıq". (Sport7.az)


 
tarix: 14-06-2019 12:12


 
Xəbər lenti
16.10.2019

01:28   Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı

00:53   İspaniya AÇ-2020-də!

00:25   Millimiz İsveçrəyə belə uduzdu - VİDEO

00:14   Azərbaycan - İsveçrə oyununda yanğın

00:09   “Neftçi” məşqləri bərpa etdi

00:01   Mircavadovun Dadaşlinski imtahanı - VİDEO

15.10.2019

23:53  Federasiya prezidenti istefa verdi

22:48  Obradoviç: “Düzələsi çox şey var”

22:23  “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51  Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37  Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49  İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20  UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00  Millimiz San Marinoya qalib gəldi

18:41  Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24  Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00  Milli karyerasını başa vurdu

17:42  35 ildən sonra…

17:20  Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00  Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41  “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27  Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08  İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44  Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26  Millimizin lideri - Ramil Şeydayev!

15:01  UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42  Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21  AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00  Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42  Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30  Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17  Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43  “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21  Millimiz San Marino ilə üz-üzə

12:07  AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48  Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az