(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Millidə biabırçılıq: İsayev slovaklarla oyuna çıxmaqdan imtina edib

Millidə biabırçılıq: İsayev slovaklarla oyuna çıxmaqdan imtina edib

Ramil Şeydayev və ya Emin Mahmudovun Azərbaycan millisindən imtina etdiyini düşünün. Hamımız əlimizə dəryazdan, baltadan alıb, onları öldürməyə hazır olardıq. Necə ki, Aleksandr Səmədovu hələ də bağışlaya bilmirik.
 
Hətta Mahmudovun narazı qalmağa haqqı var. O, Nikola Yurçeviç millidə baş məşqçi olduğu müddətdə komandaya qoşulmayacağını bəyan etsə, ciddi qınaq obyekti olmaz. Çünki onun haqqı yeyilir. Ən azı Slovakiya ilə son matçda o, əsas heyətdə oynamağı ilk qolda mövqe səhvi edən Rəşad Eyyubovdan daha çox haqq edirdi.
 
Və ya haqsız yerə suçlanan, hətta AFFA İcraiyyə Komitəsinin ssenari-qərarı ilə günahkarlar sırasında adı çəkilən Bədavi Hüseynov, Qara Qarayev, Rahil Məmmədovun millidən imtina etməsini, baş məşqçinin tələblərini yerinə yetirməməsini düşünün. Yəqin ki, onları çoxdan “məzar”a gömmüşdük.
 
Bəs, Aleksey İsayev? Onun hərəkətinə nə deyək? Özünü qınayaq, yoxsa onu Azərbaycan futboluna calayan, 2-3 həftə içində onu milli pasportla təmin edən AFFA-nı, bu qurumun makleri Riad Rəfiyevi?
 
***
 
Məlumunuz olsun ki, İsayev Slovakiya ilə Avro-2020-nin seçmə mərhələ matçında meydana çıxmaqdan boyun qaçırıb. Yurçeviç oyunun sonlarında “Sumqayıt”ın yarımmüdafiəçisinin həmkarını əvəz etmək üçün hazırlaşmasını tələb etsə də, Aleksey ayağının ağrıdığını bildirərək tapşırıqdan imtina edib.
 
Həkimlər İsayevin zədəli olmadığını desə də, futbolçu özü bəhanə gətirərək, meydana çıxmayıb. Zatən zədəli olsa, adı heç “23-lüy”ə daxil edilməzdi. Sadəcə, Aleksey Macarıstanla ilk oyunda oynamadığından, slovaklarla görüşdə isə nəticəni dəyişməyə ümid qalmadığından belə qərar verib. “Sumqayıt”dan qaçmağa hazırlaşan yarımmüdafiəçi Rusiya birinci divizionunda rahat oynamaq üçün legioner olmaq istəmir. Milli komandada perspektivini görmədiyindən, o, son anda belə qərar verib.
 
Bu, Alekseylə bağlı ilk belə hal deyil. Futbolçu Xorvatiya və Litva milliləri ilə oyunlardan öncəki toplanışı da erkən – bir gün hazırlıqda olduqdan sonra tərk etmişdi. İndi məlum olur ki, o vaxt da İsayevin hər hansı zədəsi yox imiş, həkimlərin təqdim edə biləcəyi raport/sənəd yoxdu. İsayev ayağının ağrıdığını deyərək düşərgəni tərk edib, “day-dayı” Rəfiyev həm də Yurçeviçin meneceri olduğundan olay kabinetdə unutdurulub, hətta Nikolaya onu növbəti toplanışa çağırmaq tapşırığı da verilib.
 
Budəfəki olaya gəlincə, 3 həftə millinin düşərgəsində hazırlıq keçən, hansısa azərbaycanlı balasının halal yerini tutan milliləşdirilmiş rusiyalı son anda oyuna çıxmaqdan boyun qaçırıb. Macarıstanla oyunda həvəslə məşq edib, oyuna çıxacağı anı, məşqçidən etimad görmədiyi üçün ikinci görüşü gözləyən yarımmüdafiəçi, bu dəfə də son dəqiqələrdə şans verilincə imtina edib.
 
***
 
Aleksey yaxın günlərdə “Sumqayıt”ı tərk edəcək. Və ona verilən Azərbaycan pasportunu lazımsız əşya kimi bir küncə atacaq. AFFA-nın pul qazanmaq hərisi olan idarəçiləri, futbolçudan faiz “tutmaq” istəyən meneceri Riad Rəfiyev, oyuncaq məşqçi olan Nikola Yurçeviç yenə dəvət göndərə bilər, amma bu olaydan sonra azarkeşlər onu qəbul etməyəcək. Son oyun göstərdi ki, azarkeşlər bu ölkənin millisini, formasını, bayrağını, himnini istənilən AFFA məmurundan 100 dəfə çox istəyir, onun üçün daha çox narahatdılar.
 
İsayev tipik rusdu, çıxıb gedəcək və sadəcə, karyerasının bir ilinin bağlı olduğu Azərbaycanda qazandığı pullarla həyatını quracaq, davam etdirəcək. Bəs, bu olaya görə onu ölkəmizə gətirən, yığma komanda üçün milliləşdirib, “Sumqayıt”da oynadan Rəfiyev utanıb yerə girəcəkmi? Bütün bunlara göz yuman, dəstək verən AFFA rəhbərliyi üzr istəyəcəkmi? Milli komandanın forması, Azərbaycan pasportu, bayrağı bu qədər dəyərsiz tutulmalıdımı?
 
***
 
Yurçeviç özünə hörmət edən məşqçi olsaydı, İsayevi elə oyunun gedişində ehtiyat oyunçular skamyasından qovardı. Lakin nə bunu etdi, nə də futbolçunun etdiyi hörmətsizliyi dilinə gətirdi. Əvəzində onun hamisi olanlar və dəstənin qulbeçələri namusuyla illərdi Azərbaycan futboluna xidmət edənləri xain çıxarmağa cəhd etdi. İndi deyin: xain kimdi – oyunları alınmayan, bəlkə də həqiqətən zəif çıxış edən həmin futbolçular, yoxsa çətin vəziyyətdə aradan çıxan İsayev kimi milliləşdirilənlər? Bəlkə onları bu hərəkəti edəcək qədər qudurdan Rəfiyev, Məmmədov?
 
CAVAD

 
tarix: 14-06-2019 15:34


 
Xəbər lenti
14.10.2019

10:15   “Azərbaycanla oyunda çox yoruldum”

10:00   Paşayevin komandası sınaq matçında qələbə qazandı

09:42   “Hakim qolu qeydə alandan sonra fikrini dəyişirsə...”

09:30   Millimizə qol vuran futbolçu: “Zərbəm çox yaxşı alındı”

09:14   Araz Abdullayev: “Buna görə çox təəssüflənirik”

09:00   Budapeştdə heç-heçə olsa, nə dəyişəcəkdi ki?

01:02   Süleymanovun şərhi, Stuxlikin “xidməti”

00:51   AÇ-2020-yə daha 2 vəsiqənin sahibi bəlli oldu

13.10.2019

23:45  Hiqler səhvini etiraf edib, üzr istədi

23:07  Budapeştdə millimizə qarşı hakim haqsızlığı - VİDEO

22:53  Marko Rossi: “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı”

22:39  Nikola Yurçeviç: “Onların əziyyəti yerə vuruldu”

21:50  Milllimiz Macarıstana da uduzdu

20:04  Şeydayevin komandasından ermənilər üzərində qələbə

19:28  Neymar zədələndi, erkən əvəzləndi

18:39  Aleksis Sançes ili erkən başa vurdu

17:41  “Araz”ın ÇL oyununda 11 qol - VİDEO

16:17  Bu stadiona Ronaldonun adı veriləcək

15:14  Türkiyə millisində ciddi itkilər - Fransa ilə oyunu buraxacaqlar

14:25  Serhatın komandasından inamlı qələbə

13:34  İtaliya yığması 81 il sonra…

11:55  Quliyev üçün 90 dəqiqə və 3 xal

10:23  İspaniya yığmasından və Serxio Ramosdan rekord

09:09  Əliyev dubla imza atdı, “Ximki” darmadağına sevindi

09:00  Macarların ilk qolunu Stuxlik vurdu

00:53  İspaniya büdrədi, İtaliya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az