(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Dario Federiko yenidən “Neftçi”də - RƏSMİ

Dario Federiko yenidən “Neftçi”də - RƏSMİ

Dario Federiko “Neftçi”yə qayıdıb. 

Futbolinfo.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə 2 il müddətinə müqavilə imzalanıb. 

27 yaşlı yarımmüdafiəçi köhnə-yeni komandasının heyətində 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2018/19 mövsümündə "Neftçi”nin heyətində 17 oyunda 3 qol vuran Dario, Braziliyanın "Flamenqo” (2012-2014), "Fernandopolis” (2013), "Quaratinqeta” (2014), Portuqaliyanın "Trofensi” (2014-2015), Azərbaycanın "Kəpəz” (2015-2018) və Cənubi Koreyanın "Sonnam” (2017) və "Daequ” (2019) klublarında çıxış edib.


 
tarix: 14-06-2019 18:01


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az