(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Yurçeviçlə qlobus gəzintisi

Yurçeviçlə qlobus gəzintisi

Naşükür adamıq. Elxan Məmmədovun qədrini bilmirik. O, AFFA-nın baş katibi olmasaydı, Nikola Yurçeviç kimi təqaüdə hazırlaşan birini millimizə gətirməsəydi, Zimbabve, Namibiya, Madaqaskar, Syerra Leoneni tanıyardıqmı? Onlarda da bizim kimi milli komandaları ilə fəxr etdiklərini bilərdikmi?

İnanın, futbol bir yana, heç belə adda ölkə olduğunu çox adam bilmirdi. Coğrafi biliklərimizi artırırıq. FİFA reytinqində qonşuluğumuzda olan bu ölkələrin bizimlə nə quru, nə də su sərhədi var. Amma fəxrlə deyə bilərik ki, ən azı qonşularımızın sayını artırmışıq.

Avam adamlarsız, Liviyanı ancaq Muammer Qəddafiyə görə tanımısız. AFFA rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində bu ölkədə futbol oynandığını da bildik. Deməli, baş katib onların futbol strategiyasını öyrənmək üçün müavini Sərxan Hacıyevi Tripoliyə göndərəcək. Qoy, gedib, araşdırsınlar və biz də bilək ki, nəyin hesabına bizdən 5 pillə öndədilər? Öndədilərsə, deməli, onlardan öyrənməliyik. Bəlkə onlarda federasiya klubların hərəsinə 1-2 yox, 3-4 adamını yerləşdirib...

Hələ futbol topuyla kriket oynayan Hindistandan, bir əlndə top, digərində raket tutan fələstinlilərdən, papaq adıdı deyib lağa qoyduğumuz Panamadan öyrənəcəyik. Qoy Yurçeviç bir ilini tamamlasın. Təzə gəlib, 3-4 aya bütün qlobusu əzbərlədəsi deyil ki...

Yurçeviçdən söz düşmüşkən, çox alicənabdı. Öz aramızdı, heç Qurban Qurbanov bir dəfə onun adını çəkibmi? Qısqandığındandı, yoxsa çəkərdi? Xorvat məşqçi isə hələ onun haqda “ən yaxşı məşqçiniz” ifadəsini də dilə gətirir. Siz də başlamısız ki, Qurbanova söz atır. Yox əşşi, tərifləyib, başa düşməmişik.

Qurbanı niyə göyə qaldırırsız ki? Araz Abdullayevlə Elvin Yunuszadə cəmi bircə dəfə yatıb qalmışdı, Qurbanov onları millinin düşərgəsindən qovdu. Elə bil özü cavan olmayıb. Yurçeviçə baxıb, nümunə götürsün. Aleksey İsayev oyuna çıxmır, o isə heç nə olmamış kimi yenə onu milliyə çağıracaq. Niyə də etməsin? İtə yiyəsinə görə hörmət edərlər. Sabah Riad Rəfiyevlə böldüyü pul, çaşdım, kəsdiyi çörək ona haram olmazmı?

Xorvatlar 2, macarlar 3, slovaklar millimizə 5 qol vurdu. Sonra deməyin ki, millimizdə inkişaf yoxdu. Görmürsüz, günü-gündən artırırıq da.


 
tarix: 14-06-2019 19:23


 
Xəbər lenti
16.10.2019

01:28   Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı

00:53   İspaniya AÇ-2020-də!

00:25   Millimiz İsveçrəyə belə uduzdu - VİDEO

00:14   Azərbaycan - İsveçrə oyununda yanğın

00:09   “Neftçi” məşqləri bərpa etdi

00:01   Mircavadovun Dadaşlinski imtahanı - VİDEO

15.10.2019

23:53  Federasiya prezidenti istefa verdi

22:48  Obradoviç: “Düzələsi çox şey var”

22:23  “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51  Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37  Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49  İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20  UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00  Millimiz San Marinoya qalib gəldi

18:41  Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24  Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00  Milli karyerasını başa vurdu

17:42  35 ildən sonra…

17:20  Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00  Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41  “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27  Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08  İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44  Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26  Millimizin lideri - Ramil Şeydayev!

15:01  UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42  Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21  AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00  Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42  Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30  Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17  Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43  “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21  Millimiz San Marino ilə üz-üzə

12:07  AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48  Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az