(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Tanışlarla güclənən “Neftçi”

Tanışlarla güclənən “Neftçi”

“Neftçi” yeni mövsümün heyətini yavaş-yavaş formalaşdırır. Transferlər bir-bir açıqlanır, təqdim olunur. Qayıdanlar, ölkə daxilində klub dəyişənlər “ağ-qara” forma geyir.
 
Doğrusu, bakılıların siyasətinin tam doğru olduğunu yaza bilməyəcəm. Məncə, gələcəyin komandası, ardıcıl uğurlar qazanmaq istəyən kollektiv bu qədər qoca olmamalıdı. Üstəlik, azarkeşləri həyəcanlandıracaq keçidlər də yoxdu. Hamısı tanış simalar, bacarığını bələd olduqlarımızdı. Bu futbolçuların “Qarabağ”ın hegemonluğuna son qoymaq ehtimalı çox deyil.
 
Petru Raku, Slavko Braliç, Kvame Karikari, Qoran Paratski, Canluka Sansone transferləri göstərdi ki, Bakı klubunda seleksiya xidmətinin işi qənaətbəxş deyil. Soni Mustivar və Mamadu Mbodj kimi əks nümunələr də var. Lakin uğursuz əcnəbi transferləri daha çoxdu və buna görə idman direktoru Ceyhun Sultanov diqqətli olmalıdı. Özünü doğrultmayan hər futbolçuya 2-3 aylıq maaşı dəyərində kompensasiya verib, yola salmaq vəziyyətdən çıxış yolu deyil. Bu, büdcəni israf etməkdi.
 
Yəqin buna görədi ki, “Neftçi” indi daha çox hamının tanıdığı futbolçuların transferinə üstünlük verir. Ya Sultanovun seçimlərinə etibar edilmir, ya da bütünlüklə klubun strategiyası belə qurulub. İnsafən, Baqali Dabonun ümidi doğrultmasından, Premyer Liqanın 2-ci ən yaxşı bombardiri olmasından sonra bu yolun bəlkə də ən yaxşısı olduğunu düşünürsən. Klublarımızda oynayan ən yaxşı oyunçuları gətirməklə “Neftçi” riskə əlyeri qoymur, potensialına bələd olduqlarımızla “açıq kartla oynayır”.
 
Vojislav Stankoviç “Qəbələ”də özünü sübut etmiş biridi. Lakin o da var ki, serb artıq xeyli yaşlaşıb. Bəlkə də mərkəz müdafiəçisi üçün təcrübə önəmlidi, amma son illər eniş qrafiki cızan birindən danışırıq. Həm “Qəbələ”, həm də müdafiəçi Roman Qriqorçukun vaxtındakı kimi parlaq oynamırdı. Ümid edək, “Neftçi”nin ümumi oyun səviyyəsi serbin də toparlanmasında rol oynayacaq.
 
Rauf Əliyev bir dəfə qovulduğu “Neftçi”yə böyük ümidlərlə gəlib. Əvvəlki formasından uzaq olsa da, xarakteri ilə Roberto Bordinin sevimlisinə çevrilə bilər. Sansonedən yaxşı olacağı ehtimalı böyükdü, ancaq o, “Neftçi”ni qələbələrə daşıyacaq forvarddımı?
 
Stiven Monroz da qapıdadı. Onun transferi xeyli yubansa da, fransız gəlişi ilə bakılıların əla hücum oyunçuları olacağını deyə bilərik. Dabonu, Platellası, yeni müqavilə bağlanan Dario Federikonu, hələ heyətdə olan Mirabdulla Abbasovu da siyahıya əlavə edin və fərqi görün. Amma “Neftçi”nin orta xətti güclənməlidi. Zədəli olduğu üçün azı bir ayı boşa verəcək Mustivarla yanaşı oynayacaq daha birinə ehtiyac var. Eyni zamanda avrokubok üçün müdafiənin cinahları da güclənməlidi.
 
“Qəbələ”ni Bakıya köçürən “Neftçi”nin hələlik ən qəribə addımı Darionu geri qaytarmasıdı. “Ceyhun Sultanov xaraktersiz adamdı" deyən Federikonun Cənubi Koreyada ağıllandığına əmin deyiləm. Pula görə lider komandanı atıb gedən birinə növbəti dəfə qucaq açılmamalıydı. Doğrusu, onun qışda yenə belə etməyəcəyinə əmin deyiləm. Sultanov onun müqaviləsinə kompensasiya ilə bağlı bənd salanda ehtiyatlı olmalıdı.
 
Adları sadaladıq və sürpriz soyada rast gəlmədik. Halbuki Ceyhin bəy ilboyu bütün Avropanı gəzib, yeni futbolçulara baxıb. Ya onların qiyməti bahadı, ya da idman direktoru risk etmək istəməyib. Hər nədisə bu, arzulanan “Neftçi” deyil, 2-3 üst səviyyəli futbolçunu gətirməyə “Neftçi”nin büdcəsi imkan verməlidi. Bu heyət Premyer Liqada çempionluq mübarizəsi aparmağa şərait yaradacaq, lakin Avropa Liqasıyla bağlı nikbin danışmaq olmur.
 
AĞA

 
tarix: 15-06-2019 11:45


 
Xəbər lenti
20.07.2019

21:00   “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30   Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00   Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30   “Neftçi”nin rəqibindən çətin qələbə

19:00   Fransada 198 azarkeş saxlanıldı

18:30   “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00   “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30   “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00   O da milli karyerasını başa vurdu

16:30   “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00   “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30   “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00   “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30   “Sumqayıt”ın yeni formaları - FOTO

14:00   “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30   "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00   “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30   “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00   La Liqanı Liqa 1-ə dəyişdi

11:45   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

11:31   Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00   Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30   Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00   Meksika millisinin üzvü “Ayaks”da

09:30   “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00   Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55   Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

19.07.2019

23:53  Azərbaycan - Ukrayna matçı baş tutmadı

23:04  Dadaşovun komandası yeni mövsümə heç-heçə ilə başladı

22:31  “Sabah” ukraynalı qapıçı transfer etdi

22:19  UEFA “Fənərbaxça”nı cərimələdi

21:18  “Trabzonspor” argentinalı futbolçu aldı - RƏSMİ

18:30  Argentinalı hücumçu “Qarabağ”da?

18:00  Viktor Valdes yenidən “Barselona”da

17:30  “Azərbaycanda Avropa macərası yaşamaq istəyirəm”

17:00  “Qəbələ”də xorvatiyalı futbolçu - RƏSMİ

16:41  “Qəbələ” və “Neftçi”nin hər iki oyununun vaxtı təsdiqləndi

16:24  “Dandalk” Bakıya 150 minə gələcək

16:02  “Zirə” - “Keşlə” matçında 4 qol - VİDEO

15:44  “Atalanta”nın iki futbolçusu “Parma”da

15:25  UEFA Belçika klubunu Avroliqadan uzaqlaşdırdı

14:51  Keçmişi unutduranlar: göyərçinlə sünbül bir arada

14:40  2 dəfə “xərçəng”ə qalib gələn futbolçuya 7 illik müqavilə

14:21  “Qarabağ”dan nümunə götürməliyik”

14:00  Milli karyerasını başa vurdu

13:42  Azyaşlıya əxlaqsız təklif edən məşqçi tutuldu

13:34  “Atletiko”nun sabiq üzvü Argentina klubunda

13:24  Elnur Cəfərov yenə Rəfiyevin yanında

13:17  “İnter” hücumçusunu icarəyə verdi

13:01  Premyer Liqadan Çinə daha bir transfer

12:43  “Yuventus”un futbolçusu tibbi müayinədən keçə bilmədi

12:20  “Arsenal” - “Neftçi” matçının biletləri satışda

12:00  “Barselona”nın futbolçusu rəsmən “Xetafe”də

11:45  Azərbaycan 26-cı pillədə qaldı

11:30  Samir Abasov: “Hər şey gözlədiyimdən də yaxşı keçdi”

11:15  “Qəbələ”nin gürcülərlə ilk oyununun başlama saatı məlum oldu

11:00  Fransa klubu Molla ilə gücləndi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az