(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

ATV telekanalı İlkin Xəlilovun işdən çıxarılması ilə bağlı yayılan məlumatlarla əlaqədar olaraq bəyanat yayıb.

Futbolinfo.az xəbər verir ki, çıxan xəbərləri təkzib edən telekanal təcrübəli jurnalistin işini davam etdirəcəyini bildirib:

“Son günlərdə sosial şəbəkələrdə ATV telekanalının əməkdaşı İlkin Xəlilova tənqidi sujetinə görə guya təzyiqlərin göstərilməsi və işdən xaric edilməsi haqqında şayiələr yayılır. Bildiririk ki, bu xəbərlərin heç bir əsası yoxdur və müəyyən qrupların özəl maraqlarına xidmət edən "qara piar"dan başqa bir şey deyil.

Öz fəaliyyətində dövlətin və cəmiyyətin maraqlarını, jutnalistikanın təməl prinsiplərini rəhbər tutan ATV kanalı həmişə cəmiyyətimizdə mövcud olan plüralizmə, fərqli baxışa hörmətlə yanaşıb və öz işində daim bu prinsiplərə riayət edib.

ATV telekanalı yayım siyasətinin qurulmasında və yaradıcılıq fəaliyyətində tam sərbəst və müstəqildir. Geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan və ən baxımlı telekanal kimi qəbul edilən ATV-nin televiziya və radio efirində mühüm ictimai-siyasi xəbər və təhlil proqramları, maarifləndirici və əyləncəli verilişlərlə yanaşı satira və tənqidi materiallar da yer alır. Dəfələrlə telekanalımızn efirində müxtəlif sahələrdə mövcud olan nöqsanlar tənqid edilib, onların aradan qaldırılması ilə bağlı təkliflər irəli sürülüb. Biz bunu ölkəmizdə söz və məlumat azadlığının yaratdığı imkanlar çərçivəsində cəmiyyətimizin inkişafına maneə yaradan problemlərin həllinə töhfəmizi vermək üçün imkan kimi qiymətləndirmişik.

Buna görə də İlkin Xəlilovun məlum süjetinə normal yanaşdığımızı və hər hansı sərt cəza tədbiri görülmədiyini bildiririk.

Bununla yanaşı, qeyd etməliyik ki, telekanalda müəllif və yaradıcı qrupların mövqeyinə hörmətlə yanaşıldığı kimi, onların jurnalistikanın prinsiplərinə riayət etməsi, telekanalın obyektiv, neytral və qərəzsiz yayım siyasətinə xələl yetirirlməməsi mühüm şərtlər sırasına daxildir”.

Xatırladaq ki, U-21 millimizin Lixtenşteynə uduzduğu matç üçün hazırladığı tənqidi süjetinə görə İlkin Xəlilova təzyiqlər başlamışdı, onun işdən azad olunacağı bildirilirdi. Buna görə də azarkeşlər və media nümayəndələri sosial şəbəkələrdə buna etirazını bildirirdi.


 
tarix: 17-06-2019 15:27


 
Xəbər lenti
16.10.2019

01:28   Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı

00:53   İspaniya AÇ-2020-də!

00:25   Millimiz İsveçrəyə belə uduzdu - VİDEO

00:14   Azərbaycan - İsveçrə oyununda yanğın

00:09   “Neftçi” məşqləri bərpa etdi

00:01   Mircavadovun Dadaşlinski imtahanı - VİDEO

15.10.2019

23:53  Federasiya prezidenti istefa verdi

22:48  Obradoviç: “Düzələsi çox şey var”

22:23  “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51  Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37  Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49  İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20  UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00  Millimiz San Marinoya qalib gəldi

18:41  Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24  Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00  Milli karyerasını başa vurdu

17:42  35 ildən sonra…

17:20  Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00  Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41  “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27  Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08  İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44  Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26  Millimizin lideri - Ramil Şeydayev!

15:01  UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42  Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21  AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00  Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42  Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30  Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17  Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43  “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21  Millimiz San Marino ilə üz-üzə

12:07  AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48  Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az