(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Roma”nın əfsanəsi klubdan getdi

“Roma”nın əfsanəsi klubdan getdi

İtaliyanın “Roma” klubunun canlı əfsanəsi Françesko Totti paytaxt təmsilçisi ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, o, bu barədə qərarını bu gün İtaliya Milli Olimpiya Komitəsinin binasında jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında açıqlayıb.

Totti, bu qərarını “Roma”nın amerikalı sahibləri ilə aralarındakı münasibətlərdən qaynaqlandığını bəyan edib: 

“Roma”dan ayrılmağa qərar verməyimin bir sıra səbəbləri var. 8 ildi, amerikalılar gəldiyindən bəri “Roma”nın əfsanəvi futbolçularını bu klubdan uzaqlaşdırmağa çalışdılar. Mən də o zaman futbolçu karyeramı məhz onlar istədiyinə görə başa vurmalı oldum. Klub idarəçiliyində çalışmağım üçün 6 illik müqavilə imzalamağımızı istədilər. Amma heç bir zaman klubla bağlı mühüm qərarların verilməsində iştirakçı olmadım. 2 ildi vəzifədə olsam da, uzağı 10 toplantıya çağırılmışam. Klubdakı dəyişiklər barədə ən sonda mənə xəbər verilirdi. Məni həmişə kənarda tutmağa çalışdılar”.

Totti klubdan müvəqqəti ayrıldığını, nə vaxtsa yenidən “Roma”ya qayıdacağını söyləyib: “Klubun yeni bir sahibi olsa, o zaman “Roma”ya dönə bilərəm. Mən romalılara qarşı heç bir vaxt yanlış hərəkət etmədim, etmərəm də. Sizi əmin edirəm ki, bu, futbolçu kimi karyeramı başa vurmağımdan daha pisdi. “Roma”dan ayrılmaq ölümə bərabərdi. İndi ölsəydim, özümü daha yaxşı hiss edərdim”.

Qeyd edək ki, Totti, yetirməsi olduğu “Roma”da 24 il forma geyindikdən sonra 2017-ci ildə aktiv futbolçu karyerasını başa vurmuş və həmin dövrdən klub strukturunda fəaliyyətə başlamışdı.


 
tarix: 17-06-2019 18:33


 
Xəbər lenti
14.10.2019

11:00   “Dua edirdim ki, hər hansı səbəbdən qol sayılmasın”

10:44   “Qol sayılmayıbsa, buna görə biz üzr istəyəsi deyilik”

10:30   Cavid Hüseynov: “Bu, onsuz da həmişə belə olub”

10:15   “Azərbaycanla oyunda çox yoruldum”

10:00   Paşayevin komandası sınaq matçında qələbə qazandı

09:42   “Hakim qolu qeydə alandan sonra fikrini dəyişirsə...”

09:30   Millimizə qol vuran futbolçu: “Zərbəm çox yaxşı alındı”

09:14   Araz Abdullayev: “Buna görə çox təəssüflənirik”

09:00   Budapeştdə heç-heçə olsa, nə dəyişəcəkdi ki?

01:02   Süleymanovun şərhi, Stuxlikin “xidməti”

00:51   AÇ-2020-yə daha 2 vəsiqənin sahibi bəlli oldu

13.10.2019

23:45  Hiqler səhvini etiraf edib, üzr istədi

23:07  Budapeştdə millimizə qarşı hakim haqsızlığı - VİDEO

22:53  Marko Rossi: “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı”

22:39  Nikola Yurçeviç: “Onların əziyyəti yerə vuruldu”

21:50  Milllimiz Macarıstana da uduzdu

20:04  Şeydayevin komandasından ermənilər üzərində qələbə

19:28  Neymar zədələndi, erkən əvəzləndi

18:39  Aleksis Sançes ili erkən başa vurdu

17:41  “Araz”ın ÇL oyununda 11 qol - VİDEO

16:17  Bu stadiona Ronaldonun adı veriləcək

15:14  Türkiyə millisində ciddi itkilər - Fransa ilə oyunu buraxacaqlar

14:25  Serhatın komandasından inamlı qələbə

13:34  İtaliya yığması 81 il sonra…

11:55  Quliyev üçün 90 dəqiqə və 3 xal

10:23  İspaniya yığmasından və Serxio Ramosdan rekord

09:09  Əliyev dubla imza atdı, “Ximki” darmadağına sevindi

09:00  Macarların ilk qolunu Stuxlik vurdu

00:53  İspaniya büdrədi, İtaliya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az