(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Biri tanış, biri qonşu, üçü yad

Biri tanış, biri qonşu, üçü yad

Çempionlar Liqasının 2018/19 mövsümünə I təsnifat mərhələsindən start verəcək “Qarabağ”ın potensial rəqiblərinin sayı 5-ə düşüb.

Futbolinfo.az xəbər verir ki, UEFA püşkatma öncəsi ağdamlıların qarşılaşa biləcəyi komandaları açıqlayıb.

Bunlar “Valetta” (Malta), “Sarayevo” (Bosniya və Hersoqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Saburtalo” (Gürcüstan) klublarıdır.

Siyahıdakı 5 komandadan biri – “Valetta” Qurban Qurbanovun komandası üçün tanış rəqibdir. Belə ki, Ağdam klubu ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldiyi 2014/15 mövsümünə məhz maltalılarla start vermişdi. Belə ki, sözügedən mövsüm ÇL-yə II təsnifat mərhələsindən başlamış təmsilçimiz ilk oyununda “Valetta” ilə qarşılaşmış, rəqibini hər iki oyunda məğlub edərək (4:0, 1:0) III təsnifat mərhələsinə yüksəlmişdi. Bu raundda “Zalsburq”a məğlub olduqdan sonra (2:1, 0:2) çıxışını Avroliqanın pley-off mərhələsində davam etdirən “Qarabağ” “Tvente”ni yolundan kənarlaşdıraraq (0:0, 1:1) tarixində ilk dəfə qrup mərhələsinə yüksəlmişdi.

Əsası 1943-cü ildə qoyulmuş “Valetta” Maltanın eyniadlı şəhərini təmsil edir. Klub ev oyunlarını 17 minlik “Ta Qali” stadionunda keçirən komanda Malta Premyer Liqasına mübarizə aparır. Son mövsümü çempion kimi tamamlayan sözügedən kollektiv ümumilikdə 25 dəfə bu sevinci yaşayıb. “Valetta” 14 dəfə ölkə kubokunun, 12 dəfə isə Malta Super Kubokunun qalibi olub.

Avropa miqyaslı yarışlarda ümumilikdə 94 oyun keçirmiş “Valetta” (ÇK/ÇL – 42, KK – 14, UK/AL – 34, İntertoto – 4) bunlardan 13-də qələbə qazanıb, 15 oyunda bərabərlik əldə edib, 66 oyunda isə məğlubiyyətə üzülüb. Komandanın qol saldosu ilə -170-ə bərabərdir.

“Valetta”ya ötən ay Darren Abdilla baş məşqçi təyin olunub.

Bosniya və Hersoqovina təmsilçisi “Sarayevo” 1946-cı ildə təsis olunub. Yuqoslaviya Birinci Liqasında iki dəfə çempionluq əldə etmiş komanda müstəqillikdən sonra isə 4 dəfə Bosniya və Hersoqovinanın ən güclüsü adına yiyələnib. Komanda ev oyunlarını 34 minlik “Asim Ferhatoviç Hase Stadium”da keçirir. 2017-ci ildən Hüsrev Musemiçin rəhbərlik etdiyi kolektiv son ölkə çempionudur. Maraqlıdır ki, “Sarayevo”nun qadın futbolu şöbəsi də fəaliyyət göstərir.

Potensial rəqiblərdən üçüncüsü – “Sutyeska” 1927-ci ildə yaradılıb. Nikşiç şəhərini təmsil edən komanda daha çox 1945-ci ildən sonra tanınmağa başlayıb. Keçmiş Yuqoslaviya birinciliyində ciddi uğurları olmayan kollektiv 2006-cı ildə Monteneqro müstəqil olduqdan sonra 4 dəfə bu ölkənin ən güclüsü olmağı bacarıb. Ev oyunlarını Nikişanın “Kray Bistirca” stadionunda keçirən komandaya Nikola Rakoyeviç baş məşqçilik edir.

Avrokuboklarda ümumilikdə 14 oyun keçirən “Sutyeska” (ÇL – 4, AL – 6, İntertoto – 4) bunlardan 2-də qələbə qazanıb. 5 oyunda qalib müəyyənləşməyibsə, daha 7 oyunda rəqiblər qələbəyə sevinib. Top fərqi də ürəkaçan deyil – 10:22.

Albaniyanın sonuncu çempionu “Partizani” “Qarabağ”la qarşılaşmasa da digər klublarımızla bir neçə dəfə yoldaşlıq oyunlarında üz-üzə gəlib. 1946-cı ildə yaradılmış klub paytaxt Tirananı təmsil edir. Ev oyunlarını 9500 yerlik “Selman Stermasi Stadium”da keçirən “ordu klubu” 16 dəfə Albaniya Super Liqasının qalibi olub. Komandanı italiyalı Franko Lerda çalışdırır. 2014-cü ildə Antlayda yoldaşlıq oyununda “Neftçi” ilə qarşılaşmış “Partizani” 0:2 məğlub olmuş, 2017-ci ildə eyni şəhərdəki digər oyunda “Qəbələ”yə 2:1 hesabı qalib gəlib.

“Qarabağ”ın potensial rəqibləri arasındakı ən gənci “Saburtalo”dur. Qonşu Gürcüstanı təmsil edən paytaxt klubu 1999-cu ildə yaradılıb. 2015/16 mövsümündən etibarən elitada çıxış edən klub başa çatan futbol ilində ilk çempionluğunu qazanıb. Komandaya Giorgi Çiabrişvili baş məşqçilik edir. (matc.az)


 
tarix: 18-06-2019 09:21


 
Xəbər lenti
14.10.2019

11:00   “Dua edirdim ki, hər hansı səbəbdən qol sayılmasın”

10:44   “Qol sayılmayıbsa, buna görə biz üzr istəyəsi deyilik”

10:30   Cavid Hüseynov: “Bu, onsuz da həmişə belə olub”

10:15   “Azərbaycanla oyunda çox yoruldum”

10:00   Paşayevin komandası sınaq matçında qələbə qazandı

09:42   “Hakim qolu qeydə alandan sonra fikrini dəyişirsə...”

09:30   Millimizə qol vuran futbolçu: “Zərbəm çox yaxşı alındı”

09:14   Araz Abdullayev: “Buna görə çox təəssüflənirik”

09:00   Budapeştdə heç-heçə olsa, nə dəyişəcəkdi ki?

01:02   Süleymanovun şərhi, Stuxlikin “xidməti”

00:51   AÇ-2020-yə daha 2 vəsiqənin sahibi bəlli oldu

13.10.2019

23:45  Hiqler səhvini etiraf edib, üzr istədi

23:07  Budapeştdə millimizə qarşı hakim haqsızlığı - VİDEO

22:53  Marko Rossi: “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı”

22:39  Nikola Yurçeviç: “Onların əziyyəti yerə vuruldu”

21:50  Milllimiz Macarıstana da uduzdu

20:04  Şeydayevin komandasından ermənilər üzərində qələbə

19:28  Neymar zədələndi, erkən əvəzləndi

18:39  Aleksis Sançes ili erkən başa vurdu

17:41  “Araz”ın ÇL oyununda 11 qol - VİDEO

16:17  Bu stadiona Ronaldonun adı veriləcək

15:14  Türkiyə millisində ciddi itkilər - Fransa ilə oyunu buraxacaqlar

14:25  Serhatın komandasından inamlı qələbə

13:34  İtaliya yığması 81 il sonra…

11:55  Quliyev üçün 90 dəqiqə və 3 xal

10:23  İspaniya yığmasından və Serxio Ramosdan rekord

09:09  Əliyev dubla imza atdı, “Ximki” darmadağına sevindi

09:00  Macarların ilk qolunu Stuxlik vurdu

00:53  İspaniya büdrədi, İtaliya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az