(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Poqbaya yeni təklif

Poqbaya yeni təklif

"Mançester Yunayted" yarımmüdafiəçisi Pol Poqbanı satmaq istəmir. Fransalı yarımmüdafiəçi ayrılmaq niyyətində olsa da, "qırmızı şeytanlar" onu fikrindən daşındırmağa çalışır.
 
"Real" və "Yuventus"un maraq dairəsində olan 26 yaşlı oyunçuya qalması üçün super təklif də edilib. Belə ki, Premyer Liqa klubu Poqbanın 290 min funt-sterlinq olan həftəlik məvacibini 500 minə yüksəltməyə hazırdı. Oyunçunun özünə də bu yöndə yeni müqavilə təklifi edilib. Fransa millisinin üzvü qalmağa razılıq verərsə, illik maaşı 26 milyon funt-sterlinq (29 milyon avro) olacaq.
 
Qeyd edək ki, Pol Poqbanın hazırkı müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

 
tarix: 18-06-2019 11:42


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az