(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Sənan Qurbanov komandanı ən çətin vaxtda qəbul etdi”

“Sənan Qurbanov komandanı ən çətin vaxtda qəbul etdi”

Mövsümün sonunda "Qəbələ"dən ayrılan ukraynalı məşqçi Aleksandr Qluşenko ölkəsinin mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər veri rki, əyalət klubunda qapıçılar üzrə məşqçi işləyən mütəxəssis həm Azərbaycandakı karyerasından danışıb, həm də digər məsələlərə toxunub.

- Geridə qalan müddətdə Aleksandr Aleksandroviç "Qəbələ"də hansı uğurları qazanıb?
- Azərbaycan çempionatının ikiqat gümüş mükafatçısı, ölkə kubokunun finalçısı və son qalibi olmuşuq. Naxçıvanda keçirilən həlledici matçda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdik. Yəqin, bilirsiniz ki, "Qəbələ" Avropa Liqasının qrupunda "Maynts", "Anderlext" kimi komandalarla oyunlarda öz qüvvəsini sınayıb. Qrupa düşmək üçün isə "Lill" və "Maribor" kimi klubları mübarizədən kənarlaşdırıb. Bunlar əvvəlcə Roman Qriqorçukun, ardınca isə əvvəllər onun köməkçisi olmuş Sənan Qurbanovun başçılığı altında məşqçilər korpusunun qazandığı uğurlardır.

- Yəqin ki, "Qəbələ" Qriqorçukun köməkçisini təsadüfən baş məşqçi təyin etməyib...
- Qriqorçuku xüsusi təqdim etməyə ehtiyac yoxdur. O, güclü məşqçidir. Onun taktikası sayəsində "Qəbələ" iki il ardıcıl Avroliqada qrupa düşdü. Onun məşqçilər korpusunda çalışmaq maraqlı idi. Sənan Qurbanov isə çox yaxşı məşqçidir. Vaxtı ilə Muntyanu və Syominin də köməkçisi işləyib. O, komandanı ən çətin vaxtda qəbul etdi. Bu komanda ilə Azərbaycan kubokunda finala çıxmaq və fəxri titulu qazanmaq ikiqat xoş idi. Sənan hələ gəncdir. Amma kifayət qədər təcrübəsi var və gələcəkdə yaxşı mütəxəssis olacağına şübhə etmirəm. "Qəbələ" onun rəhbərliyi altında yüksək səviyyədə sabit oynamağa qadirdir.

- Xatırlayırsınızsa, Qazaxıstanda 3 ilə gənclər yığması üçün Sultan Busurmanov kimi qapıçı hazırlamışdınız. Bəs Azərbaycanda bu mənada nə edə bildiniz?
- Əlbəttə, çox şey istedad və istəkdən asılıdır. Bu mənada təcrübəli Dmitri Bezotosnı və Anar Nəzirov, həmçinin gənc Murad Popovla əla anlaşmamız var idi. Popov bu mövsüm Azərbaycan gənclər yığmasına da dəvət olundu. Yeri gəlmişkən,bu yığmanı Ukraynada yaxşı tanınan Milan Obradoviç çalışdırır.

- Ukrayna, Qazaxıstan və Azərbaycanda zehniyyət, yəqin ki, bir-birindən fərqlənir...
- Futbolun dili hər kəsə aydındır. Mənə istənilən yerdə işləmək rahatdır. Ümid edirəm ki, digərləri də haqqımda bu cür düşünür. Çoxlu dost, yaxşı tanışlar qazandım. İnternetin köməkliyi ilə indi də onlarla əlaqə saxlayıram. Mənim üçün çox faydalı təcrübə oldu. Buna görə taleyimə minnətdaram. Ukrayna və Qazaxıstanla müqayisədə, Azərbaycan futbolu hazırda inkişafdadır. Uşaq futboluna böyük vəsait yatırılır. Dövlətin nəzarəti altında ölkəyə əcnəbi məşqçilər dəvət olunur. Bütün bunlar tamaşaçı maraqlarını stimullaşdırır. Bakıdakı Avropa Liqasının finalı böyük futbolun şərqdəki ciddi sıçrayış faktıdır. (qol.az)


 
tarix: 18-06-2019 17:45


 
Xəbər lenti
21.07.2019
20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:45  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az