(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
UEFA “Neftçi”nin ilk oyununun yerini dəyişdi

UEFA “Neftçi”nin ilk oyununun yerini dəyişdi

Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Speranta” klubu ilə qarşılaşacaq “Neftçi”nin ilk oyununun yeri dəyişdirilib.

Futbolinfo.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, “ağ-qaralar” Moldova təmsilçisini iyulun 11-də Bakıda qəbul etməli, cavab matçı isə səfərdə keçirilməli idi. Lakin UEFA bu oyunun yerini dəyişib.

Buna həm Azərbaycanın iki təmsilçisinin, “Səbail” və “Neftçi”nin, həm də Moldovanın “Speranta” və “Petrokub” klublarının ev oyunlarının eyni günə təsadüf etməsi səbəb olub. Çünki, püşkə əsasən “Səbail” də iyulun 11-də doğma meydanda Rumıniyanın “Universitatya Krayova” klubunu qəbul etməliydi. İyulun 18-də isə “Speranta” doğma meydanda “Neftçi”ylə, “Petrokub” da Kipr AEK-i ilə üz-üzə gələcəkdi. Azərbaycan klubları rəqiblərini fərqli meydanlarda qəbul edəcəksə, “Speranta” və “Petrokub” Avroliqadakı ev oyunlarını eyni stadionda - Kişinyovdakı “Zimbru” stadionunda keçirir. 

Bütün bunları nəzərə alan UEFA, “Neftçi” - “Speranta” cütü ilə bağlı dəyişiklik edib. Qərara əsasən, “Neftçi” ilk oyununu evdə yox, səfərdə keçirəcək. Cavab görüşü isə ayın 18-də Bakıda baş tutacaq.


 
tarix: 18-06-2019 23:20


 
Xəbər lenti
14.10.2019

11:00   “Dua edirdim ki, hər hansı səbəbdən qol sayılmasın”

10:44   “Qol sayılmayıbsa, buna görə biz üzr istəyəsi deyilik”

10:30   Cavid Hüseynov: “Bu, onsuz da həmişə belə olub”

10:15   “Azərbaycanla oyunda çox yoruldum”

10:00   Paşayevin komandası sınaq matçında qələbə qazandı

09:42   “Hakim qolu qeydə alandan sonra fikrini dəyişirsə...”

09:30   Millimizə qol vuran futbolçu: “Zərbəm çox yaxşı alındı”

09:14   Araz Abdullayev: “Buna görə çox təəssüflənirik”

09:00   Budapeştdə heç-heçə olsa, nə dəyişəcəkdi ki?

01:02   Süleymanovun şərhi, Stuxlikin “xidməti”

00:51   AÇ-2020-yə daha 2 vəsiqənin sahibi bəlli oldu

13.10.2019

23:45  Hiqler səhvini etiraf edib, üzr istədi

23:07  Budapeştdə millimizə qarşı hakim haqsızlığı - VİDEO

22:53  Marko Rossi: “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı”

22:39  Nikola Yurçeviç: “Onların əziyyəti yerə vuruldu”

21:50  Milllimiz Macarıstana da uduzdu

20:04  Şeydayevin komandasından ermənilər üzərində qələbə

19:28  Neymar zədələndi, erkən əvəzləndi

18:39  Aleksis Sançes ili erkən başa vurdu

17:41  “Araz”ın ÇL oyununda 11 qol - VİDEO

16:17  Bu stadiona Ronaldonun adı veriləcək

15:14  Türkiyə millisində ciddi itkilər - Fransa ilə oyunu buraxacaqlar

14:25  Serhatın komandasından inamlı qələbə

13:34  İtaliya yığması 81 il sonra…

11:55  Quliyev üçün 90 dəqiqə və 3 xal

10:23  İspaniya yığmasından və Serxio Ramosdan rekord

09:09  Əliyev dubla imza atdı, “Ximki” darmadağına sevindi

09:00  Macarların ilk qolunu Stuxlik vurdu

00:53  İspaniya büdrədi, İtaliya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az