(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Türkiyəli hücumçu Fransa klubunda

Türkiyəli hücumçu Fransa klubunda

Fransanın “Loryan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Liqa 2 klubu elita təmslisi “Nim”də çıxış edən türkiyəli Umut Bozoku heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 3+1 illik müqavilə imzalanıb.

“Loryan” bu transfer qarşılığında Liqa 1 klubuna 1,5 milyon avro təzminat ödəyib.

Umut Bozok geridə qalan mövsümdə “Nim” formasıyla Liqa 1-də 25 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Komandası isə mövsümü 14-cü pillədə başa vurub. 2017/18 mövsümündə də “Nim”də çıxış etmiş türkiyəli forvard, Liqa 2-də 36 oyunda 24 qolla bu klubun Liqa 1-ə yüksəlməsində əsas pay sahiblərindən biri olmuşdu.

Gənc hücumçu Türkiyənin U-21 millisində 5 oyun keçirib, 3 qol vurub.


 
tarix: 19-06-2019 09:45


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az