(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Aqolli “Partizani”yə kömək etməyəcək: "Qarabağ"ın baş məşqçisi mənə ikinci ata kimi olub”

Aqolli “Partizani”yə kömək etməyəcək: "Qarabağ"ın baş məşqçisi mənə ikinci ata kimi olub”

2010-2019-cu illərdə "Qarabağ"ın şərəfini qorumuş, hazırda ABŞ-ın "Nyu York Kosmos" klubunda çıxış edən Ansi Aqolli Albaniya mətbuatına müsahibə verib. Ölkəsinin millisinin sabiq kapitanı Çempionlar Liqasının I təsnifat mərhələsindəki "Partizani" - "Qarabağ" cütlüyünü dəyərləndirib.
 
- "Partizani" Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq. Tirana təmsilçisinin şansı nə qədərdi?
- Futbolda hər şey açıqdı və hər zaman şans var. Məntiqlə Çempionlar Liqası və Avropa Liqasında iştirak etmiş "Qarabağ" bu turnir üçün təcrübəli komandadı və "Partizani"dən üstün hesab edirəm. Şansın nə qədər olduğu meydanda görünəcək. Bu, komandanın mübarizəsindən asılı olacaq.
 
- "Partizani" "Qarabağ"a qalib gəlmək üçün nələr etməlidi?
- Sıfır səhv ilə iki mükəmməl oyun keçirməlidi. Bu turnirdə bir qol buraxsan, bunu sığortalamaq çətin olur. "Qarabağ"a qarşı iki mükəmmək matç kifayətdi.
 
- Bu cütlükdə kimə azarkeşlik edəcəksiniz?
- Azarkeş (gülür). İndi özümü düşünürəm. Çünki "Qarabağ"da 10 il keçirmişəm. Bu 10 il karyeramın ən uzun müddətidi. "Qarabağ"ın baş məşqçisi mənə ikinci ata kimi olub. Komandanın kapitanı ilə 10 il birlikdə çörək yemişik, yaxşı və pis günlərimiz olub. Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda ilə qardaş olduq. Birlikdə keçirdiyimiz 10 il az vaxt deyil. Karyeramın 70 faizini bu ailənin içində keçirmişəm. "Qarabağ" mənim ikinci evim oldu, həmişə də belə qalacaq. Mənim "Partizani" ilə əlaqələndirən məqam Albaniya klubu və "Tirana"da olduğum zaman bizə rəqib olmasıdı. Məni bu komanda ilə başqa heç nə bağlamır. Amma "Qarabağ"... "Qarabağ"da "Tirana"dan da çox vaxt keçirmişəm.
 
- "Partizani" rəqib barədə sizdən məlumat istəsə, onlara kömək edərsiniz?
- Düşünmürəm ki, onların mənə ehtiyacları ola. Artıq hər şey sadədi. İnkişaf etmiş texnologiya sayəsində məşqçi internetdən hər şeyi öyrənə bilir. “InstaScout” və “WyScout” istənilən məlumatı sənə verir. Rəqibin taktiki gedişləri, onun necə oynaması... "Partizani"nin şəxslərdən məlumat aldığına inanmıram. Çünki internet indi dünyanın hər yerinə getmək imkanı verir.

 
tarix: 19-06-2019 11:24


 
Xəbər lenti
21.07.2019

12:31   “Qəbələ” - “Dinamo” matçında şotlandiyalı hakimlər

12:00   Kökcü Türkiyə millisini seçdi

11:40   “Qəbələ” Avroliqa üçün 26 futbolçu sifariş etdi

11:30   “Roma”dan yeni transfer - RƏSMİ

11:00   Əliyev üçün 58 dəqiqə və 3 xal

10:47   İsrafilovsuz qələbə

10:30   “Traktor” Super Liqa klubuna qalib gəldi

10:00   Nazarov üçün 45 dəqiqə və heç-heçə

09:30   Millimizin futbolçusu İngiltərə klubunda qol hesabını açdı

09:14   Asif Məmmədov klub tapdı

09:00   İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az